Gündəm
Dünya çempionatının Kubokunun əsli İlham Əliyevə təqdim edildi
Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.
Uşaqlar üçün bu il dəbdə olacaq geyimlər - fotolar
Uşaqlar üçün hazırladığı geyimlərlə məşhur olan olan “Pitti Bimbo” brendi uşaqları üçün 2018-2019-cu il payız-qış kolleksiyasını hazırlayıb.
Xoşqədəmin anası efirə çıxdı
Aparıcı Xoşqədəm Hidayətqızının anası “Hər şey daxil” verilişinə qonaq olub. Məlumata görə, Ofeliya xanım qızı haqqında sualları cavablandırıb. O, X.Hidayətqızının uşaqlığından bəhs edib: “Çox fəal olub. Beşinci sinifdə oxuyandan qəzetlərə yazılar yazırdı”.
Zərnigar Ağakişiyevanın qohumları ilə rəsmilər arasında QARŞIDURMA
Xalq artisti Zərnigar Ağakişiyevanın cənazəsi dəfn olunmaq üçün qohumları tərəfindən Quba rayonuna aparılıb. Aktrisanın cənazəsini doğulduğu Rustov kəndinə aparmaq üçün uzun illər fəaliyyət göstərdiyi Akademik Milli Dram Teatrının rəhbərliyi hazırlıq görüb. Hətta cənazə maşını danışılıb, digər vacib məsələlər həll olunub. Amma mərhum sənətkarın qohumları bu köməkdən imtina edib. İmtinanın səbəbi böyük sənətkarın Bakıda dəfn olunmamasıdır. Yaxınları cənazəni rəsmi qurumlardan xəbərsiz, morqdan götürərək aparıb.
Rusiya strateji məğlubiyyətə uğradı - Putinin ehtiyat etdiyi İKİ FAKTOR
“Rusiya Ukraynada strateji məğlubiyyətə uğradı. İndi Kreml Qərblə, hər şeydən əvvəl ABŞ-la barışığa getməyə çalışır”. Bunu Ukraynanın “Apostrof” nəşrinə müsahibəsində Rusiya politoloqu Liliya Şevsova bildirib. “Rusiya yalnız “Novorossiya” konsepsiyasından (Ukraynanın cənub və şərqinin faktiki zəbtini nəzərdə tutan layihə - “Apostrof”) imtina etməyə məcbur olmadı, həm də başqa Avropa ölkələrinin daxili işlərinə müdaxilə konsepsiyasından imtina etdi. Suriya poliqonunda Rusiyanın “qələbəsi” də həmçinin qələbə kimi görünmür”, - politoloq deyib.
Mogerini: "Cənub Qaz Dəhlizi həm Azərbaycanın həm də Aİ-nın maraqlarına xidmət edir"
“Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır”. Məlumata görə, bu sözləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsiFederika Mogerini xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Nazir: "Yeni saziş Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələ açır"
“Azərbaycan və Avropa İttifaqı ( Aİ) arasında yeni saziş üzrə intensiv danışıqlar aparılır”. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BrüsseldəAvropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Mogerini: "Avropa İttifaqı tam olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir"
"Avropa İttifaqı tam olaraq Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir". Məlumata görə, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Aİ ali nümayəndəsi: "Ümid edirəm ki, Azərbaycanla yeni saziş üzrə danışıqlar tezliklə bitəcək"
"Ümid edirəm ki, Avropa İttifaqıilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar tezliklə bitəcək". Məlumata görə, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, ötən il Azərbaycan prezidentinin Brüsselə səfəri bu istiqamətdə vacib məqamı vurğulayıb: “Bu razılaşma əməkdaşlığımızı daha da uğurlu edəcək”.
Lənkəran-Astara yolunda baş verən yol qəzasında 18 yaşlı tələbə ölüb
Lənkəran- Astara yolunda yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran-Astara yolunda baş verən hadisə nəticəsində 2000-ci il təvəllüdlü Sahil Rüstəmovun öldüyü, onun həmyaşıdı Ağamoğlan Cabbarovun isə xəsarət aldığı bildirilir. S. Rüstəmovun Bakıdakı universitetlərdən birinin tələbəsi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mütləq əksəriyyətin namizədi
Hakim Yeni Azəraycan Patriyası (YAP) fevralın 8-də VI qurultayını keçirərək 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkisinə partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Artıq Pezident İlham Əliyev prezident seçkisində YAP-ın rəsmi nümayəndsi oldu. Qeyd edək ki, dövlət başçısının prezidentliyə namizədliyi gözlənilən idi.
ABŞ-ın sanksiyaları Rusiyaya necə təsir edəcək?
Birləşmiş Ştatların Maliyyə Nazirliyinin bir müddət əvvəl yaymış olduğu “Kreml hesabatı” ətrafında gərginlik davam etməkdədir. Kifayət qədər geniş spektri əhatə edən bu hesabat həm Kreml rəhbəri, həm də onun yaxın ətrafı üçün xoş heç nə vəd etmədiyi göz önündədir. Elə bu səbəbdəndir ki, məhz “Kreml hesabatı” deyilən sənədin yayılmasından sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə yaxın əlaqələrə malik olan iş adamlarının ciddi təşviş keçirdiyi, öz miraslarını qorumaq üçün müxtəlif yollar axtardığı bildirilir.
Erməni saxtakarlıqları zirvə nöqtəsində
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindəki təbii sərvətləri talamaq, onu mənimsəməklə yanaşı, zəngin tarixi mənbələri, abidələri də ya özününküləşdirmək, ya da məhv etmək istiqamətində öz məkirli fəaliyyətini davam etdirir. Vəziyyət o həddə çatıb ki, işğalçı ölkə hətta qədim Alban dövlətinə məxsus tarixi-mədəni abidələri də erməniləşdirməyə çalışırlar. Hər nə qədər ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı beynəlxalq səviyyədə mübarizə aparılsa da, lakin qarşı tərəf də öz növbəsində məkirli yalanlarını davam etdirir.
Mənzilləri bir neçə səxsə satmaq mümkün olmayacaq
Yeni tikilən çoxmənzilli binalardakı evlərin bir neçə şəxsə satılması barədə məlumatlar vətəndaşları narahat etməkdədir. Etiraf edilməlidir ki, bu kimi faktlar dəfələrlə qeydə alınıb və hətta çinayət məsuliyyətinə cəlb edilən tikinti şirkətlərinin rəhbərləri də var. Lakin qanunvercilikdəki boşluqlar belə halların qarşısını almaqda çətinlik yaradırdı. Artıq qanunvericiliyə edilən dəyişikliklər mənzillər üzərində sahiblərinin hüquqlarının tanınmasına şərait yaradacaq. Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilən əlavə və dəyişikliklər bir mənzilin bir neçə şəxsə satılmasının qarşısını alacaq.
Cəmiyyətdən gələn sosial sifariş
Hakim Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında partiyanın sədri, dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ölkənin çoxminli gənclər ordusu tərəfindən də dəstəklənib.













