Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
17:12 SosialMəktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, valideynlər övladlarını myGov platforması vasitəsilə sentyabrın 14-ü saat 15:00-dan etibarən sentyabrın 25-i saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.
Qeyd edək ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026-2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək, valideynlər üçün əlavə seçim imkanları yaratmaq, məktəbəqədər təhsil xidmətlərinin əlçatanlığını artırmaq və dövlət-özəl əməkdaşlığını inkişaf etdirməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31