Mogerini: "Cənub Qaz Dəhlizi həm Azərbaycanın həm də Aİ-nın maraqlarına xidmət edir"

“Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır”. Məlumata görə, bu sözləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsiFederika Mogerini xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.

"Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır". Məlumata görə, bu sözləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsiFederika Mogerini xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərnaycanın xarici ticarət dövriyyəsində Aİ ölkələrinin payı 46,5 faizdir: "Həmçinin Avropa İttifaqının Azərbaycanda ən böyük birbaşa xarici investordur. Azərbaycan hazırda öz iqtisadiyyatının diversifikasiya etmək istəyir. Həmçinin biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasını sürətləndirməsini istəyirik. Cənub Qaz Dəhlizi bizim enerji sahəsində strateji əməkdaşlığımıza nümunələrdən biridir. Bu layihə həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarına xidmət edir. Ötən il Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı Avropa İttifaqın ilə Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya nəqliyyatını birləşdirmək istiqamətində addımdır". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31