Nazir: "Yeni saziş Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələ açır"

“Azərbaycan və Avropa İttifaqı ( Aİ) arasında yeni saziş üzrə intensiv danışıqlar aparılır”. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BrüsseldəAvropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.

"Azərbaycan və Avropa İttifaqı ( Aİ) arasında yeni saziş üzrə intensiv danışıqlar aparılır". Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BrüsseldəAvropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, yeni saziş Azərbaycan və Aİ arasındakı əlaqələrdə yeni mərhələ açır: "İşlər davam etdirilir, asan deyil. Məlumdur ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Hazırda bu məsələnin həlli ilə bağlı yol axtarırıq". Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir həmsədrlərlə bu günlərdə keçirilən görüşü xatırladıb və bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT qətnamələri əsasında həll edilməlidir: "Hər şey qətnamələrdə yazılıb". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31