Gündəm
Ümumxalq mövqeyinin ifadəsi
Ötən gün hakim Yeni Azərbaycan Partiyasının qurultaylında partiyanın sədri, hazırkı dövlət başçısı İlham Əliyevin aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərinə namizədliyinin irəli sürülməsi təkcə YAP-da deyil, eləcə də ölkə ictimaiyyəti arasında məmnunluqla qarşılanıb. Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti hakim partiyanın qərarına dəstək nümayiş etdirib ki, bu da bir çox səbəblərlə bağlıdır.
SEPAH hökumətlə savaşa başlayır: borc qalmaqalı
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iqtisadi fəaliyyətinə qadağa qoyulması yenidən geniş müzakirələrə səbəb olub. İran Prezidenti Həsən Ruhani dünənki çıxışı zamanı yenidən SEPAH-ı iqtisadi sahədən çəkilməyə çağırıb.
Tanınmış aparıcı işdən çıxdı
Əməkdar artist Əkbər Əlizadə “Speys”də aparıcılıq etdiyi “Hər səhər” verilişindən gedib. Məlumata görə, aktyor-aparıcı bu haqda verilişdə deyib. O, efir zamanı işdən çıxdığını elan edib: "İşlərimin çoxluğu ilə bağlı gedirəm. Reklam və anons xatirinə deyil, həqiqətən də gedirəm. Yorğunluqla bağlıdır. Sağlamlığıma görə dincəlirəm".
Aygün plastik əməliyyatla arıqlayıb? - fotolar
Rejissor Kənan M.M.-lə ailəli olan müğənni Aygün Mahmudova son günlər xeyli çəki atması ilə diqqət çəkib. Məlumata görə, yeni fotolarını İnstaqram səhifəsində paylaşan sənətçi izləyicilərinin də marağına səbəb olub. Hər kəs Aygünə artıq çəkidən necə xilas olması ilə bağlı suallar ünvanlayıb.
“Quran”ı cırdığını deyən gənc yazar: “İnanclı insanam”
Gənc yazar Eminquey Akif in feysbukdakı şəxsi hesabında Qurani-Kərimlə bağlı etdiyi paylaşım insanlar arasında birmənalı qarşılanmayıb. E.Akif müqəddəs kitabın vərəqlərini cırdığını bildirib.
"Başımızı ziyarətgahların daşına sürtməkdən beynimiz dəyişib" - Deputat
Bakıda sürücü “Lukoil”in işçisinin dələduzluğunu belə ortaya çıxardı
Bakıda fəaliyyət göstərən "LukOİL” yanacaqdoldurma məntəqələrindən birində sürücü ilə yanacaqvuran əməkdaş arasında söz davası olub. Bu barədə sosial şəbəkədə Çingiz Özgür adlı istifadəçi yazıb. Bildirib ki, dünən saat 16:15 radələrində avtomobilinə dizel vurmaq üçün "Maşın bazarı” kimi tanınan yerin yaxınlığında, "Su Səsi" restoranı ilə üzbəüz "LukOİL” yanacaqdoldurma məntəqəsinə daxil olub. O, əməkdaşa 50 manat verərək 20 manatlıq dizel vurmasını istəyib: "Gətirib 45 manat qaytarır. Deyirəm, bu nədir? Deyir, elə bildim 5 manat deyirsən. 15 manat da alıb yanacağı vurdu. Maşını işə saldım, çəndə yanacağa baxıram: 35 litr! Çağırmışam, deyirəm, a kişi, bunun 333 qramın at o yana, 20 manata 33 litr sən vurmalı idin düzdür? Deyir, hə. Deyirəm mən bura 2 litr yanacaqla gəlmişəm? Bakda 2 litr yanacaq qalsa, səncə işləyər maşın?”
Lahıca qaz xətti çəkilir
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Lahıc kəndinin qısa zamanda təbii qazla təmin olunması üçün qazlaşdırma işlərinə başlanılıb. “OLAYLAR” Istehsalat Birliyinə istinadən xəbər verir ki, layihəyə uyğun olaraq kənddə yerləşən 510 evin qazlaşdırılması üçün 19 300 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı qaz kəmərlərinin, 20 800 metr uzunluğunda müxtəlif diametrli metal borularla paylayıcı qaz xətlərinin, eyni zamanda məxbəxdə yerləşən qaz cihazına qədər 7900 metr mənzildaxili qaz borularının çəkilməsi, hər bir mənzilin qaz sayğacı və fərdi tənzimləyici ilə təmin olunması nəzərdə tutulub.
Keçən ay “Azərişıq” ASC-yə “ASAN” xidmət vasitəsi ilə 284 sahibkar müraciət edib
Yanvar ayı ərzində Azərişıq ASC-yə “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri vasitəsi ilə daxil olan müraciətlərin sayı əvvəlki aylarla müqayisədə artıb. “OLAYLAR” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, “Azərişıq” ASC-yə yanvar ayında “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri vasitəsi ilə 284 sahibkar müraciət edərək elektrik şəbəkəsinə qoşulmaq istəyib. Eyni zamanda 3041 abonent evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN” xidmət mərkəzlərinə üz tutub.
Mirkamilə şok evlilik təklifi
Müğənni Mirkamil Kamilov şəxsi həyatından danışıb. Sənətçi imkanlı qadınların ona sponsorluq etmək istədiyini etiraf edib: “Xanımlar tərəfindən çoxlu təkliflər alıram. Kimisi mənə evlilik təklifi edir, kimisi sponsorluq etmək istəyir. Hamısını rədd edirəm. Çünki bunu özümə sığışdırmıram.
Müxalifət partiyasının məclisi prezident seçkiləri ilə bağlı toplanacaq
Vətəndaş və İnkişaf Partiyasının (VİP) Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iclasda iki gün əvvəl başlanmış VİP-in aprelin 11-nə təyin edilmiş prezident seçkilərində mümkün iştirakı ilə bağlı olaraq, Mərkəzi Aparatın Seçki Məcəlləsi və VİP Nizamnaməsinin müvafiq bəndlərindən irəli gələn işlərin uyğunlaşdırılması barədə operativ hesabatı təqdim edilib.
Avropa Parlamenti yay-qış vaxtına keçidin əleyhinədir
Avropa Parlamenti yay və qış vaxtından imtina edilməsi ilə bağlı Avropa Birliyi ölkələrinə çağırış edib. Məlumata görə, aparılan araşdırmalarda yay-qış vaxtına keçidin hər hansı bir müsbət təsirinin olmadığı öz əksini tapıb.
20 ildir axtarılan azərbaycanlı cinayətkar lider tutuldu
Azərbaycandan olan cinayətkar qrupun rəhbəri Moskvada həbs edilib. Bunu jurnalistlərə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk söyləyib. Onun sözlərinə görə, bu şəxs 20 il müddətində Rusiya hüquq mühafizə orqanları tərəfindən axtarışda olub. Bu şəxsin Azərbaycan ərazisində banditizmə görə axtarışda olduğu vurğulanıb. Onun başqa adlar altında Rusiya ərazisində gizləndiyi bildirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə müraciətlərin sayı artıb
2018-ci ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə əvvəlki ayla, yəni 2017-ci ilin dekabr ayı ilə müqayisədə 82,8 faiz çox olmaqla, 1 milyon 123 minə yaxın müraciət qeydə alınıb.
Dünyada ilk dəfə insan yumurtası yaradıldı
Laboratoriya mühitində ilk insan yumurtası yaradılıb. Şotlandiyada Edinburq Universitetinin tədqiqatçıları qadınlardan alınan yumurta hüceyrəsini ilk dəfə yumurtalığın xaricində yetişdiriblər. Araşdırmanın nəticələri barədə məlumat Molecular Human Reproduction jurnalında verilib. Qadınlar doğularkən onların yumurtalığında yumurta hüceyrələri olur və bu yumurtalar qadın yetkinlik yaşına çatanda inkişaf edir. Alimlər həmin yetişməmiş hüceyrələri götürüb, laboratoriya mühitində, oksigen səviyyəsi, hormonlar və protein cəhətdən insan bədənindəkinə bənzər mühit yaratmaq şərti ilə yetişdiriblər.














