Müxalifət partiyasının məclisi prezident seçkiləri ilə bağlı toplanacaq
Vətəndaş və İnkişaf Partiyasının (VİP) Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iclasda iki gün əvvəl başlanmış VİP-in aprelin 11-nə təyin edilmiş prezident seçkilərində mümkün iştirakı ilə bağlı olaraq, Mərkəzi Aparatın Seçki Məcəlləsi və VİP Nizamnaməsinin müvafiq bəndlərindən irəli gələn işlərin uyğunlaşdırılması barədə operativ hesabatı təqdim edilib.
9 Fevral 2018 14:14 SiyasətVətəndaş və İnkişaf Partiyasının (VİP) Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, iclasda iki gün əvvəl başlanmış VİP-in aprelin 11-nə təyin edilmiş prezident seçkilərində mümkün iştirakı ilə bağlı olaraq, Mərkəzi Aparatın Seçki Məcəlləsi və VİP Nizamnaməsinin müvafiq bəndlərindən irəli gələn işlərin uyğunlaşdırılması barədə operativ hesabatı təqdim edilib.
Hesabatı qəbul edən Siyasi Şura üzvləri partiya Nizamnaməsinin 64-cü maddəsini əsas götürərək, növbədənkənar prezident seçkilərində iştirak məsələsinin müzakirəsi üçün fevralın 11-də VİP Məclisinin çağırılmasını qərara alıblar.