Gündəm

Ən gözəl ağ brilyant satılır 

9 Fevral 2018 13:59

Dünyanın ən gözəl və nadir ağ brilyantı Londondakı "Sotheby's" hərracında satışa çıxarılıb. Satışlar "Sotheby's"in Bond-Stritdəki butikinin fəaliyyətə başlamasının ildönümü ilə bağlıdır. 102,34 karatlıq ağ brilyant Botsvanada tapılmışdı. Onun rəngi "D" kimi, yəni "şəffaf, rəngsiz təsir bağışlayan mavi-ağ" təki dəyərləndirilir. Britaniya taxt-tacının varidatı sayılan məşhur "Kullinan" və "Kohinur" brilyantları təki bu brilyant da dünyada "2A tipi" təki tanınan və bütün almaların cəmi 2 faizini təşkil edən nadir qrupa daxildir.

Beynəlxalq Banka yeni baş direktor təyin edilib

9 Fevral 2018 13:58

Bankın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İnsan resursları və administrasiya üzrə İcraçı direktor Aynur Süleymanlı karyerasını Azərbaycan Beynəlxalq Bankında davam etdirəcək. Belə ki, A.Süleymanlı dövlət bankında İnsan resursları və administrasiya üzrə Baş direktor vəzifəsinə təyinat alıb.

Futbolçunun klub prezidenti ilə yataq FOTOları yayıldı - RÜSVAYÇILIQ

9 Fevral 2018 13:57

Paraqvayda birinci liqdə oynayan "Rubio Nu de Luque" klubunda baş verənlər dünya gündəmini ələ alıb. Klubda forma geyinən Bernardo Qabriel Kaballero ilə klub prezidenti Antonio Qonzalezin "sevgili" olduqları üzə çıxıb. Cütlüyün yataqda çəkilən görüntülərinin mətbuata sızması büyük qalmaqalı ortaya çıxarıb.

Elektron siqaret çəkənlərin nəzərinə — TƏHLÜKƏLİDİR

9 Fevral 2018 13:54

Londonun "Kraliça Mariya" universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar. Nəticələrə əsasən, bəzi elektron siqaretlər pnevmaniya (ağ ciyər iltihabı) xəstəliyinə yoluxma riskini artırır.

Kreml ABŞ prezidentinə təsir üçün nə qədər pul xərcləyib?

9 Fevral 2018 13:53

ABŞ Federal Təhqiqatlar Bürosunun informatoru Konqresə Moskvanın ABŞ-ın eks-prezidenti Barak Obama və keçmiş dövlət katibi Hillari Klintona təsir etməsi üçün lobbist firmalara milyonlarla dollar verdiyini açıqlayıb.

Zibillikdən ayı balaları tapıldı

9 Fevral 2018 13:53

Rusiyanın Tin Marino kəndində zibillikdən iki yeni doğulmuş ayı balası tapılıb. Məlumata görə, bu barədə Təbiət İdarəsi və Ətraf Mühitin Mühafizəsi Departamentinin saytında bildirilib.

Prokuror "İraq Hava Yolları"nın menecerini qətlə yetirən şəxsə 20 il cəza istəyib

9 Fevral 2018 13:53

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı iş mərkəzində qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Məlumata görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. Prokuror E. Bəşirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Orqan alverinə icazə verilsin - Nazirlikdən təklif

9 Fevral 2018 13:51

Orqan transplantasiyası sahəsində məsələlərin araşdırılması və təkliflərin hazırlanması üçün İşçi Qrupunun yaradılması vacibdir. Məlumata görə, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmədə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov bildirib.

Zərnigar Ağakişiyeva ilə yaxın rəfiqə olan Məleykə Əsədova: “Sonuncu dəfə mənə dedi ki...”

9 Fevral 2018 13:48

Xəbər verdiyimiz kimi, Xalq artisti Zərnigar Ağakişiyeva dünən evində ölü halda tapılıb. Məlumata görə, son illərdə şəkər xəstəliyindən əziyyət çəkən Z.Ağakişiyevanın yeganə sirdaşı həmkarı Məleykə Əsədova olub. Xalq artisti Məleykə Əsədova yaxın rəfiqəsinin itkisindən çox məyus olduğunu bildirib.

Azərbaycanlı alim Daşkənddə beynəlxalq konfransda çıxış edib

9 Fevral 2018 13:45

Daşkənddəki Nəvai adına Dil və Ədəbiyyat Universitetində “Əlişir Nəvai və 21-ci əsr” mövzusunda elmi-praktik konfrans keçirilib.

Radikal müxalifətin boykot qərarı - mübarizə aparmırsansa artıq məğlubsan

9 Fevral 2018 13:43

İstənilən ölkədə və istənilən sahədə müxalifətin olması yaxşı haldır. Güclü müxalifətin olması rəqabət yaradır və rəqiblərin daha yaxşı işləməsinə səbəb olur. Siyasi müxalifət də belədir. Bir ölkədə güclü müxalifət varsa, deməli, orda hakimiyyət də daha yaxşı işləməyə çalışacaq.

Əcnəbidə təhlükəli xəstəlik aşkarlandı

9 Fevral 2018 13:39

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 2 nəfər Hindistan Respublikası, 1 nəfər Pakistan İslam Respublikası və 3 nəfər Nepal vətəndaşı saxlanılıb.

Bakıda qızlar itkin düşüb — ŞOK

9 Fevral 2018 13:36

Son vaxtlar insanların itkin düşmə sayı artıb. Səbəblər isə müxtəlifdir. Əsasən də zərif cinsin nümayəndələrinin itkin düşməsi maraq doğurmağa başlayıb. Zərif cinsin nümayəndələri niyə,hansı səbəbdən evdən gedir və geri qayıtmırlar? 

Maral Tahirqızı yeni videosundan danışdı: “Qoy görsünlər ki...” - Video

9 Fevral 2018 13:34

Müğənni Maral Tahirqızının yeni video-görüntüsü sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. O, vaxtilə Azərbaycan Dövlət Televiziyasındakı (AzTV) çıxışlarının video-görüntüsünü paylaşıb. Dövlət kanalının efirində “Nənəm-nənəm” mahnısı ilə çıxış edən müğənni ona dəyər verildiyini sübut edib.

Spirtdən asılılığı müalicə etmək asanlaşdı

9 Fevral 2018 13:31

Avstraliya alimləri antidepresant dərman olan tandospironun spirt asılılığını azalda biləcəyini bildiriblər. Məlumata görə, siçanlar üzərində aparılan təcrübədə alimlər müəyyən ediblər ki, bu dərman spirt qəbulu ilə bağlı olan narahatçılığı aradan qaldırır.