Gündəm

“Qohumların razılığı olmadan transplantasiya aparılmalıdır”

9 Fevral 2018 13:29

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağbölgəsinin Əsgəran rayonunun Naxçivanik kəndində yaşayan erməni icmasının təsərrüfatında saxlanılan donuzlar arasında Afrika vəbası yayılıb. Bir neçə gün ərzində iki təsərrüfatda 31 donuz ölüb.

Qarabağın həlli varmı? – Məmmədyarov cavablandırır

9 Fevral 2018 13:27

Münaqişənin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib. Bunu Xarici İşlər naziri Elmar Məmmədyarovun Fransaya səfəri çərçivəsində Fransa parlamentinin “Le Journal Du Parlement” jurnalına verdiyi müsahibədə deyib.

Türk ordusuna şad xəbər:  azərbaycanlı komandoslar...

9 Fevral 2018 13:26

Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatına türkman əsgərlərdən dəstək gəlib. Türkman komandir Seyf Əbubəkirin rəhbərliyində 500 nəfərlik komandos qrupu Afrinə göndərilib.

Daha bir nəfər prezidentliyə iddialı oldu

9 Fevral 2018 13:25

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev prezidentliyə namizədliyini rəsmiləşdirir. Bu barədə partiyanın mətbuat ximətindən məlumat verilib. H.Hacıyev namizədliyini sabah Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirəcəyi mətbuat konfransında elan edəcək. 

Dilimizi bu “paz”dan xilas edək

9 Fevral 2018 13:24

AMEA Dilçilik İnstitutunun elmi işçisi, tanınmış dilçi alim Şahlar Məmmədov “aşpaz” sözünün “aşçı” formasında yazılmasını təklif edib.

Qax zəlzələsi: rəsmi məlumatda hansı yanlışlıq var?

9 Fevral 2018 13:23

Maqnituda beynəlxalq şkaladı. O şərti rəqəmdir, ocaqda baş verən hadisənin şərtləndirilməsidir. Bal isə hiss olunmaya görə müəyyən edilən rəqəmdir. Biz həmin beynəlxalq şkala ilə işlədiyimizə görə o şəkildə məlumat veririk. Ona görə maqnitudası 2,9, dərinliyi 8 km olan zəlzələnin episentrdə 3 bala qədər hiss olunması fikrində heç bir yanlışlıq yoxdur.

İki fransız nazir təcavüzdə ittiham olunur

9 Fevral 2018 13:21

Fransada iki nazir 62 yaşlı ekologiya və təbii qaynaqlar naziri Nikolya Yulo və 35 yaşlı maliyyə naziri Jeralnd Darmanaen prokurorluq tərəfindən təcavüz etməkdən şübhəli qismində dindirilib. Nikolya Yulo tanınmış bir siyasətçinin 17 yaşlı nəvəsinə təcavüz etməkdə ittiham olunur.

Müəllimlərin əmək haqlarından tutulmalara kim göstəriş verib?

9 Fevral 2018 13:19

Paytaxt Bakıda fəaliyyət göstərən orta ixtisas müsiqi məktəblərində çalışan müəllimlərdən qanunsuz pul yığılması ilə bağlı redaksiyamıza məlumat daxil olub. Məlumatda bildirilir ki, musiqi məktəblərinin direktorları ötən ilin dekabrından başlayaraq müəllimlərin əmək haqlarının 20-30 faizini tuturlar.

59 yaşayış məntəqəsinin yol infrastrukturu yaxşılaşdırılır

9 Fevral 2018 13:14

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz-Xudat hissəsi III texniki dərəcəyə uyğun bərpa olunur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, tikinti layihəsinə uyğun yolun köhnə asfalt-beton örütüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağı bərkidilir, həmçinin çiyin hissələrin də xüsusi material verilərək bərkidilməsi işləri aparılır. Yolun hərəkət hissəsi hazır olan ərazilərdə isə artıq asfaltlanma işlərinə başlanılıb. Bu işlər yolun hərəkət hissəsi 7.5 m enində nəzərə alınmaqla və 3 layın döşənməsi işləri aparılmaqla 180 min kv.m sahəni əhatə edəcək.

Keçmiş məhkum marixuana ilə yaxalandı

9 Fevral 2018 13:13

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, araşdırmalarla onun Həsənabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəşad Abdullayev olduğu məlum olub.Baxış zamanı onun üzərindən 55 qram marixuana aşkar edilib. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan əlavə olaraq 1 kiloqram 445 qram marixuana və müvafiq sənədləri olmayan “TOZ-8” markakı tüfəng də aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

Narkotik vasitəni siqaret qutusunda gizlətdi

9 Fevral 2018 13:11

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşına məxsus 1 ədəd "West" markalı siqaret qutusuna baxış keçirilib.

Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi Azərbaycana rəsmi səfər edəcək

9 Fevral 2018 13:10

Müqəddəs Taxt-Tacın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Arxiyepiskop Paul Riçard Gallagher 9-12 fevral tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində Arxiyepiskop Paul Riçard Gallagherin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü, Fəxri Xiyaban və Şəhidlər Xiyabanına, Müqəddəs Məryəm Katolik kilsəsi, Təzəpir Məscidinə ziyarəti və başqa tədbirlərin təşkil edilməsi planlaşdırılır. Xarici İşlər Nazirliyində görüşdən sonra mətbuat konfransı nəzərdə tutulmayıb.

Deputatlarımız Avronest PA-nın tədbirinə qatıacaqlar

9 Fevral 2018 13:03

Milli Məclisin deputatları Avronest PA-nın komitə iclasında iştirak edəcəklər. MM-dən “Olaylar”a verilən məlumata görə, 12-13 fevral tarixində Tbilisidə Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclası keçiriləcək.

Deputat orqan transplantasiyası ilə bağlı məsələ qaldırdı

9 Fevral 2018 13:01

"İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunda tibbi etika məsələləri ilə bağlı xüsusi müddəaların olması vacibdir. Qanunda beyin ölümü anlayışı ümumi şəkildə verilsə də, onu müəyyən edəcək ekspert həkimlər göstərilməyib, onun müəyyən edilməsi yolları verilməyib”.