Qax zəlzələsi: rəsmi məlumatda hansı yanlışlıq var?
Maqnituda beynəlxalq şkaladı. O şərti rəqəmdir, ocaqda baş verən hadisənin şərtləndirilməsidir. Bal isə hiss olunmaya görə müəyyən edilən rəqəmdir. Biz həmin beynəlxalq şkala ilə işlədiyimizə görə o şəkildə məlumat veririk. Ona görə maqnitudası 2,9, dərinliyi 8 km olan zəlzələnin episentrdə 3 bala qədər hiss olunması fikrində heç bir yanlışlıq yoxdur.
9 Fevral 2018 13:23 SosialMaqnituda beynəlxalq şkaladı. O şərti rəqəmdir, ocaqda baş verən hadisənin şərtləndirilməsidir. Bal isə hiss olunmaya görə müəyyən edilən rəqəmdir. Biz həmin beynəlxalq şkala ilə işlədiyimizə görə o şəkildə məlumat veririk. Ona görə maqnitudası 2,9, dərinliyi 8 km olan zəlzələnin episentrdə 3 bala qədər hiss olunması fikrində heç bir yanlışlıq yoxdur.
Bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün yerli vaxtla saat 09:50:59-da Zaqataladan 27 km cənub-şərqdə Qax ərazisində qeyd alınan zəlzəl ilə bağlı müzakirələri şərh edərkən deyib. Q.Yetirmişli bildirib ki, xırda təkanlar hər gün baş verir, sadəcə hamısı hiss edilmir: "Bu gecə baş verən təkanlardan ən güclüsü elə bu olub və hiss edilib. Bunu da hər kəs yox, çox az adam hiss edib. Hiss edildiyinə görə də bu barədə məlumat verdik. Təbii olaraq gün ərzində belə xırda təkanların olması normaldır və gözləniləndir".
Baş direktor bildirib ki, belə gücdə zəlzələlər dağıdıcı deyil: "Hiss edilən zəlzələ həmişə ola bilər. Ancaq hər hiss edilən zəlzələ dağıdıcı deyil". Axar.az