59 yaşayış məntəqəsinin yol infrastrukturu yaxşılaşdırılır
Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz-Xudat hissəsi III texniki dərəcəyə uyğun bərpa olunur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, tikinti layihəsinə uyğun yolun köhnə asfalt-beton örütüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağı bərkidilir, həmçinin çiyin hissələrin də xüsusi material verilərək bərkidilməsi işləri aparılır. Yolun hərəkət hissəsi hazır olan ərazilərdə isə artıq asfaltlanma işlərinə başlanılıb. Bu işlər yolun hərəkət hissəsi 7.5 m enində nəzərə alınmaqla və 3 layın döşənməsi işləri aparılmaqla 180 min kv.m sahəni əhatə edəcək.
9 Fevral 2018 13:14 SosialGəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz-Xudat hissəsi III texniki dərəcəyə uyğun bərpa olunur. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, tikinti layihəsinə uyğun yolun köhnə asfalt-beton örütüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağı bərkidilir, həmçinin çiyin hissələrin də xüsusi material verilərək bərkidilməsi işləri aparılır. Yolun hərəkət hissəsi hazır olan ərazilərdə isə artıq asfaltlanma işlərinə başlanılıb. Bu işlər yolun hərəkət hissəsi 7.5 m enində nəzərə alınmaqla və 3 layın döşənməsi işləri aparılmaqla 180 min kv.m sahəni əhatə edəcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılan bərpa işləri yol boyu yerləşən 59 yaşayış məntəqəsinin 54 min nəfər əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmasından başqa, yolda istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə mənzil başına çatmasına imkan yaratmaqla yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.