Narkotik vasitəni siqaret qutusunda gizlətdi

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşına məxsus 1 ədəd "West" markalı siqaret qutusuna baxış keçirilib.

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşına məxsus 1 ədəd "West" markalı siqaret qutusuna baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı siqaret qutusunun içərisindəki bükülü vəziyyətdə olan falqalı kağızın alt hissəsində gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümlərdə, ümumi xalis çəkisi 0,312 qram olan narkotik vasitə - heroin aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31