Müəllimlərin əmək haqlarından tutulmalara kim göstəriş verib?

Paytaxt Bakıda fəaliyyət göstərən orta ixtisas müsiqi məktəblərində çalışan müəllimlərdən qanunsuz pul yığılması ilə bağlı redaksiyamıza məlumat daxil olub. Məlumatda bildirilir ki, musiqi məktəblərinin direktorları ötən ilin dekabrından başlayaraq müəllimlərin əmək haqlarının 20-30 faizini tuturlar.

Paytaxt Bakıda fəaliyyət göstərən orta ixtisas müsiqi məktəblərində çalışan müəllimlərdən qanunsuz pul yığılması ilə bağlı redaksiyamıza məlumat daxil olub. Məlumatda bildirilir ki, musiqi məktəblərinin direktorları ötən ilin dekabrından başlayaraq müəllimlərin əmək haqlarının 20-30 faizini tuturlar. Buna səbəb kimi guya büdcə kəsirinin doldurulması barədə tapşırığın olması göstərilir. Tapşırığın isə Mədəniyət və Turizm Naziriliyi tərəfindən verildiyi bildirilir. Məlumatda o da bildirilir ki, tapşırığı icra edən müsiqi məktəbinin təmsilçiləri sui-istifadə hallarına yol verərək şəxsi maraqlarını təmin etməyə çalışırlar. 20 saylı orta ixtisas müsiqi məktəbində Səlim Nəsilrli adlı şəxs sözügedın tapşırığın icrasında xüsusi canfəşanlıq göstərir.
Xatırladaq ki, ölkədə təhsil sahəsində aparılan islahatlar təhsilin keyfiyyətinin yüksəldilməsilə yanaşı, korrupsiya və rüşvət hallarının aradan qaldırılmasına xidmət edir. Ölkədə prezident seçkisinin keçirildiyi bir məqamda müəllimlərin əmək haqlarından qanunsuz tutulmalar isə birbaşa əhali arasında narazılıq yaratmaq kimi dəyərləndirilməlidir. Odur ki, bu təxribatın arxasında dayanan şəxslərin kimliyinin araşdırılması və qanunsuzluğa yol verənlərin cəzalandırılmasına ehtiyac var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31