Ən gözəl ağ brilyant satılır
Dünyanın ən gözəl və nadir ağ brilyantı Londondakı "Sotheby's" hərracında satışa çıxarılıb. Satışlar "Sotheby's"in Bond-Stritdəki butikinin fəaliyyətə başlamasının ildönümü ilə bağlıdır. 102,34 karatlıq ağ brilyant Botsvanada tapılmışdı. Onun rəngi "D" kimi, yəni "şəffaf, rəngsiz təsir bağışlayan mavi-ağ" təki dəyərləndirilir. Britaniya taxt-tacının varidatı sayılan məşhur "Kullinan" və "Kohinur" brilyantları təki bu brilyant da dünyada "2A tipi" təki tanınan və bütün almaların cəmi 2 faizini təşkil edən nadir qrupa daxildir.
9 Fevral 2018 13:59 DünyaDünyanın ən gözəl və nadir ağ brilyantı Londondakı "Sothebychr("39")s" hərracında satışa çıxarılıb. Satışlar "Sothebychr("39")s"in Bond-Stritdəki butikinin fəaliyyətə başlamasının ildönümü ilə bağlıdır. 102,34 karatlıq ağ brilyant Botsvanada tapılmışdı. Onun rəngi "D" kimi, yəni "şəffaf, rəngsiz təsir bağışlayan mavi-ağ" təki dəyərləndirilir. Britaniya taxt-tacının varidatı sayılan məşhur "Kullinan" və "Kohinur" brilyantları təki bu brilyant da dünyada "2A tipi" təki tanınan və bütün almaların cəmi 2 faizini təşkil edən nadir qrupa daxildir.
Botsvanada "De Beers" mütəxəssislərinin aşkarladıqları 425 karatlıq almazı "Diacore" zərgərlik şirkətinin zərgərləri 6 ay ərzində Yohannesburqda və Nyu-Yorkda cilalayıblar, sonucda da nadir ağ brilyant alınıb. Milli.Az Guardian-a istinadən xəbər verir.