Sülh Şurası Qəzzada tibbi yardıma çıxış planı hazırlayıb- ÖZƏL

Sülh Şurası Qəzza zolağında mülki əhalinin tibbi xidmətlərə təhlükəsiz çıxışını təmin etmək üçün yeni plan hazırlayıb.
Olaylar.az xəbər verir ki, təşkilatın açıqlamasına görə, plan Qəzza sakinlərinin silahsızlaşdırılmış müəssisələrdə təhlükəsiz şəraitdə yaşamasını və zəruri tibbi yardım almasını nəzərdə tutur.
Şura planın əlavə maneələr və gecikmələr olmadan həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasını tələb edib. Konsepsiyanın İsrail və HƏMAS rəhbərliyinə təqdim edildiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31