Rusiya birtərəfli sanksiyalara qarşı mövqeyini beynəlxalq platformalarda müdafiə edir- ÖZƏL

Rusiya birtərəfli sanksiyalara qarşı mövqeyini BMT və BRICS də daxil olmaqla, beynəlxalq platformalarda fəal şəkildə ifadə edir.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Trofimov bildirib. Onun sözlərinə görə, Moskva BMT Təhlükəsizlik Şurasının qərarlarından yan keçməklə tətbiq edilən birtərəfli məhdudiyyətləri qanunsuz hesab edir və bu tədbirlərin beynəlxalq hüquq prinsiplərinə zidd olduğunu vurğulayır.
Diplomat qeyd edib ki, Rusiya mümkün qədər çox dövlətin belə məhdudiyyətlərdən çəkinməsinə nail olmaq üçün səylərini davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31