Tramp Cey Di Vensi İranla danışıqlardan uzaqlaşdırıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensi İranla aparılan danışıqlar prosesindən kənarlaşdırıb. "Politico" qəzetinin məlumatına görə, bu qərar Trampın "Truth Social" sosial şəbəkəsində Vaşinqtonun Tehranla razılaşmaya artıq ehtiyac duymadığı və İrana qarşı lazımi təzyiq rıçaqlarına malik olduğu barədə paylaşımından sonra qəbul edilib.  

Tramp vitse-prezidentə diplomatik təmaslar əvəzinə bütün diqqətini Demokrat Partiyasının idarə etdiyi Minnesota, Kaliforniya və İllinoys kimi ştatlarda baş verən kütləvi korrupsiya və cinayətkarlıq hallarının araşdırılmasına yönəltməyi tapşırıb. Qeyd olunur ki, bu addım Vensin ötən həftə İranla uzanan müharibəni respublikaçıların aralıq seçkilərdə Konqresin hər iki palatasında çoxluğu itirməsinin əsas səbəblərindən biri kimi göstərməsindən sonra atılıb. 

Xatırladaq ki, Vens buna qədər Vaşinqton-Tehran danışıqlarında əsas fiqur idi və aprel ayında Pakistanda keçirilən görüşdə ABŞ nümayəndə heyətinə rəhbərlik etmişdi, lakin həmin vaxt razılıq əldə olunmamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31