Qagik Tsarukyan həbsxanadan gənclərə müraciət ünvanlayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qagik Tsarukyan həbsdə saxlanıldığı "İrəvan-Kentron" cəzaçəkmə müəssisəsindən göndərdiyi müraciətdə yeni nəslin ədalətə kəskin ehtiyacı olduğunu bildirib. Siyasətçinin sözlərinə görə, onun təşəbbüsü ilə yaradılan və gənclərin aktual problemlərin həlli ilə bağlı ideyalarını təqdim etdiyi layihəyə əvvəlcə maraq az olsa da, müsabiqənin şəffaflığına şəxsən zəmanət verdikdən sonra qısa müddətdə 600-700 təklif daxil olub. Tsarukyan qeyd edib ki, gənclər təhsilin əlçatanlığı, regionlardan gələn tələbələrin mənzil və işlə təminatı kimi məsələlərlə yanaşı, ümumdövlət əhəmiyyətli problemlərə də sistemli həll yolları təklif ediblər. O, gələcək hökumətlərin dövlət siyasətinin formalaşdırılmasında gənclərin ideyalarını nəzərə almasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Qagik Tsarukyan 2022-2024-cü illərdə Ermənistan-İran Ticarət Palatasının fəaliyyəti ilə bağlı 21 milyon dolların mənimsənilməsi və yuyulmasında, həmçinin İran vətəndaşından yanacaq tədarükü sövdələşməsi çərçivəsində 934 min dolların dələduzluq yolu ilə ələ keçirilməsində ittiham olunur və 7 iyul 2026-cı il tarixindən həbsdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31