Keçən ay “Azərişıq” ASC-yə “ASAN” xidmət vasitəsi ilə 284 sahibkar müraciət edib

Yanvar ayı ərzində Azərişıq ASC-yə “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri vasitəsi ilə daxil olan müraciətlərin sayı əvvəlki aylarla müqayisədə artıb. “OLAYLAR” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, “Azərişıq” ASC-yə yanvar ayında “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri vasitəsi ilə 284 sahibkar müraciət edərək elektrik şəbəkəsinə qoşulmaq istəyib. Eyni zamanda 3041 abonent evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN” xidmət mərkəzlərinə üz tutub.

Yanvar ayı ərzində Azərişıq ASC-yə "ASAN" xidmət və "ASAN" kommunal mərkəzləri vasitəsi ilə daxil olan müraciətlərin sayı əvvəlki aylarla müqayisədə artıb. "OLAYLAR" Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, "Azərişıq" ASC-yə yanvar ayında "ASAN" xidmət və "ASAN" kommunal mərkəzləri vasitəsi ilə 284 sahibkar müraciət edərək elektrik şəbəkəsinə qoşulmaq istəyib. Eyni zamanda 3041 abonent evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün "ASAN" xidmət mərkəzlərinə üz tutub.

Ümumilikdə isə yanvar ayı ərzində "Azərişıq" ASC-nin "ASAN" xidmət mərkəzləri vasitəsi ilə göstərdiyi 10 xidmət üzrə 18 409 müraciət olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31