SEPAH hökumətlə savaşa başlayır: borc qalmaqalı

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iqtisadi fəaliyyətinə qadağa qoyulması yenidən geniş müzakirələrə səbəb olub.  İran Prezidenti Həsən Ruhani dünənki çıxışı zamanı yenidən SEPAH-ı iqtisadi sahədən çəkilməyə çağırıb.

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iqtisadi fəaliyyətinə qadağa qoyulması yenidən geniş müzakirələrə səbəb olub.  İran Prezidenti Həsən Ruhani dünənki çıxışı zamanı yenidən SEPAH-ı iqtisadi sahədən çəkilməyə çağırıb.

Lakin Ruhaninin bu açıqlamasına, tezliklə, SEPAH cavab verib. Belə ki, Kirman vilayətində təşkil edilən toplantıların birində SEPAH komandanları iqtisadi böhrandan çıxış yolu təklif ediblər. SEPAH-ın tərkibində yer alan Hatemulenbiya Tikinti Qərargahının rəhbəri Abdullah Abdullahi bu toplantıda çıxışı zamanı hökumətin onlara 6,875 milyard dollar borclu olduğunu açıqlayıb.

Qeyd edək ki, SEPAH 1979-cu ildə yaradılıb. İran-İraq savaşından sonra İran rəhbərliyi SEPAH-ı ölkədəki dağıntıların aradan qaldırılması və iqtisadiyyatın bərpasına cəlb edib. Nəticədə 1989-cu ildə Xomeyninin ölümündən sonra o zamankı prezidenti Haşimi Rəfsancaninin tələbi ilə Əli Xamenei SEPAH-ın iqtisadi layihələrdə iştirakına izn verib. Bu qərardan sonra Hatemulenbiya Tikinti Qərargahı yaradılıb. Rəsmi mənbələrə görə, bu qurum 2000-ci illərdə Fars körfəzindəki layihələrdən böyük şirkətlərin çıxmasından sonra onların yerini tutub.

Hazırda "Hatemulenbiya"nın tərkibində 160 min işçinin çalışdığı bildirilir. Təşkilat inşaat, ağır sənaye, kimya, bankçılıq, sığorta, ticarət, media, qida, telekommunikasiya kimi sektorlarda fəaliyyət göstərir. Məhz bu təşkilat ölkəyə xarici sərmayənin girişinin əsas əleyhdarı sayılır. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31