Mütləq əksəriyyətin namizədi
Hakim Yeni Azəraycan Patriyası (YAP) fevralın 8-də VI qurultayını keçirərək 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkisinə partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Artıq Pezident İlham Əliyev prezident seçkisində YAP-ın rəsmi nümayəndsi oldu. Qeyd edək ki, dövlət başçısının prezidentliyə namizədliyi gözlənilən idi.
9 Fevral 2018 14:46 Siyasətİlham Əliyev hər bir azərbaycanlının prezidenti olduğunu sübut edib
Hakim Yeni Azəraycan Patriyası (YAP) fevralın 8-də VI qurultayını keçirərək 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkisinə partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Artıq Pezident İlham Əliyev prezident seçkisində YAP-ın rəsmi nümayəndsi oldu. Qeyd edək ki, dövlət başçısının prezidentliyə namizədliyi gözlənilən idi. İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə gördüyü işlər, həyata keçirdiyi sosial-iqtisadi islahatlar bunu labüd edirdi. Üstəlik onun beynəlxalq aləmdə islahatçı dövlət başçısı kimi nüfuz qazanması məlum qərarı şərtlənmdiridi. Onu da qeyd edək ki, Prezident İlham Əliyev təkcə YAP üzvlərinin deyil, eləcə də cəmiyyətin müxtəlif təbəqələrinin namizədi kimi qəbul olunur. Millət vəkili Aydın Hüseynov deyib ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı ilə bir daha Azərbaycan prezidentliyinə ən real namizəd olduğunu sübut etdi. Millət vəkilinin sözlərinə görə, İlham Əliyevin prezidentlik dövründəki fəaliyyəti sırf Azərbaycan xalqının maraqlarını qorumağa yönəlib: "Qurultaydakı çıxışında Prezident İlham Əliyevin toxunduğu məsələlər, səsləndirdiyi faktlar bir daha bunu təsdiqlədi. Dövlət başçısı əvvəlcə Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın formalaşmasındakı rolundan danışdı. Daha sonra Prezident İlham Əliyev ölkənin inkişaf amilləri, həyata keçirilən layihələrin uğurundan söz açdı. Dövlət başçısının qurultayda toxunduğu əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlar idi. Prezident İlham Əliyev bu məsələdə Azərbaycan dövlətinin birmənalı mövqeyini bir daha bəyan etdi, bildirdi ki, bu münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayacaq. Dövlət başçısı bəyan etdi ki, ermənilərin hazırda dövlət qurduqları torpaqlar da Azərbaycan torpaqlarıdır". Yeni Azərbaycan Partiyasından olan millət vəkili Tahir Rzayev ölkə Prezidenti İlham Əliyevin hakim partiyanın qurultayında növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinə münasibətini bildirərkən deyib ki, Prezident İlham Əliyev Azərbaycan xalqının, hər birimizin fəxridir. Millət vəkili əlavə edib ki, İlham Əliyevin ölkə prezidenti kimi, son 15 il ərzində gördüyü işlər, həyata keçirdiyi tədbirlər özü elə bir zəmanətdir ki, yenidən prezidentliyə namizəd olsun: "Yəni, onun liderliyi ilə həyata keçirilən bu tədbirlər də o qədər böyük və genişmiqyaslıdır ki, onun dünyada bənzəri, alternativi yoxdur. Odur ki, belə bir insanın-İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi tamqanunauyğun addımdır və Azərbaycan xalqının ürəyindəndir. Bu baxımdan da hesab edirəm və inanıram ki, Azərbaycan xalqı, Azərbaycan seçicisi də 11 aprel tarixində öz seçimini edəcək və cənab İlham Əliyevi daha 7 il müddətinə prezident seçəcək". Millət vəkili Elman Məmmədov bildirib ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı zamanı bir daha təsdiq etdi ki, o, hər bir azərbaycanlının prezidentidir. Millət vəkili bildirib ki, dövlət başçısı çıxışında Azərbaycanı və Azərbaycan vətəndaşlarını narahat edən problemlərin həllindən danışıb: "Prezident İlham Əliyev bir daha onu sübut elədi ki, o təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütün Azərbaycan xalqının prezidentliyə namizəd gördüyü yeganə şəxsdir. İlham Əliyev bütün Azərbaycan xalqı adından prezidentliyi bəyənilən və namizədliyi irəli sürülən ən ləyaqətli, ən yüksək səviyyəli, etimadı doğruldan namizəddir. Prezident çıxışında məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə atılan addımları, Ermənistanın məsələnin həllində qeyri-konstruktivlik nümayiş etdirməsini vurğuladı. Bildirdi ki, indiyə qədər 200 mindən artıq qaçqın və məcburi köçkün mənzillə təmin edilib. Məcburi köçkünlərin kiçik sahibkarlıqla məşğul olmaları üçün şərait yaradılıb və bu işlər davam etdiriləcək. Bu il 20 mindən artıq məcburi köçkünün yeni mənzillə, evlə təmin olunması gözlənilir.Prezident İlham Əliyev bildirdi ki, biz bunları etməklə yanaşı, Dağlıq Qarabağ problemini də həll edəcəyik, torpaqlarımız işğaldan azad olunacaq. Dövlət başçısının qarşısına qoyduğu ən əsas məqsədi torpaqlarımızın işğaldan azad olunmasıdır və bunu bir daha tribunadan bəyan etdi". E.Məmmədov bildirib ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət dünyanın heç bir ölkəsində yoxdur: "500 milyon əhalisi olan Avropa 150-200 min nəfər qaçqının əlində qalıb, onların problemlərini həll edə bilmir. Azərbaycan isə 1993-cü ildən başlayaraq məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görməyə başladı və öz gücünə bu işlərin öhdəsindən gəldi. Dövlət başçısı prezidentliyinin ilk günündə bəyan etmişdi ki, Azərbaycanda çadır şəhərciyi qalmayacaq və bu gün biz bunun şahidi oluruq. Mən, məcburi köçkün bölgəsinin millət vəkili kimi deyə bilərəm ki, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılması üçün əvəzsiz işlər görüb və bu missiyanı davam etdirir". Milli Məclisin deputatı Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. S. Qafarova deyib ki, cənab Prezidentin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın artan iqtisadi imkanları iqtisadiyyatın bütün sahələrinin paralel inkişafına yönəlib, Azərbaycanda insan kapitalının inkişafına böyük investisiyalar qoyulub:"Prezident İlham Əliyev həmişə bəyan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz cənab Prezidentin fəaliyyətində bunun əyani təsdiqini görürük. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda 1,9 milyon iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Əməkhaqları beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artıb. Son 14 il ərzində ölkəmizdə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud təmir edilib, uşaq və gənclərin sağlam həyat sürməsi, ölkəmizdə güclü idmançı nəslinin yetişməsi üçün 43 Olimpiya İdman Kompleksi inşa olunub. 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı işlərin sadəcə qısa bir hissəsinin statistikasıdır". Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüs və dəstəyi hesabına başa gələn böyük iqtisadi, enerji və nəqliyyat layihələri dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir: "Azərbaycan dünyanın ən böyük və əhəmiyyətli təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülh və təhlükəsizliyin təmin olunmasına, insan haqlarının müdafiəsinə mühüm töfhələr verib. Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edib. Ölkəmizdə "Eurovision" Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula - 1 yarışları kimi, bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyası xalqımızın iradəsinə, istəyinə söykənərək belə bir qərar qəbul etməklə, Azərbaycan dövlətinin gələcək illərdəki inkişafına da mühüm töfhələr vermiş olur".
Alim