Erməni saxtakarlıqları zirvə nöqtəsində

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindəki təbii sərvətləri talamaq, onu mənimsəməklə yanaşı, zəngin tarixi mənbələri, abidələri də ya özününküləşdirmək, ya da məhv etmək istiqamətində öz məkirli fəaliyyətini davam etdirir. Vəziyyət o həddə çatıb ki, işğalçı ölkə hətta qədim Alban dövlətinə məxsus tarixi-mədəni abidələri də erməniləşdirməyə çalışırlar. Hər nə qədər ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı beynəlxalq səviyyədə mübarizə aparılsa da, lakin qarşı tərəf də öz növbəsində məkirli yalanlarını davam etdirir.

Yaxud Qafqaz Albaniyası necə erməniləşdirilir?

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindəki təbii sərvətləri talamaq, onu mənimsəməklə yanaşı, zəngin tarixi mənbələri, abidələri də ya özününküləşdirmək, ya da məhv etmək istiqamətində öz məkirli fəaliyyətini davam etdirir. Vəziyyət o həddə çatıb ki, işğalçı ölkə hətta qədim Alban dövlətinə məxsus tarixi-mədəni abidələri də erməniləşdirməyə çalışırlar. Hər nə qədər ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı beynəlxalq səviyyədə mübarizə aparılsa da, lakin qarşı tərəf də öz növbəsində məkirli yalanlarını davam etdirir. Müstəqil ekspert Rövşən Məmmədlinin sözlərinə görə, Azərbaycan dövləti apardığı siyasətdə bütün dünyaya təlqin etməlidir ki, Ermənistan Azərbaycan xalqının tarixi torpaqlarıdır və oradakı bütün tarixi abidələr, qədim insan yaşayış məskənlərində XIX-XX əsrə qədər tikilən,yaradılan nə varsa Azərbaycan xalqınındır: "Albaniya adlı Qafqaz Albaniyası dövləti bizim dövlətimiz olub..Yəni Qafqazın əsil sahibləri. Albaniya adlı dövlətimizin ən güclü inkişaf dövrləri eramızın II-VII əsrlərini əhatə edib. Məhz həmin dövrdədə qonşu xristian Bizans imperatorluğundan xristian missionerlər sıx surətdə Albaniya dövlətinə gəlir və burada xristian dinini təbliğ edirdilər. Nəticədə Arazın bu tayında xristianlıq sürətlə yayılmağa başladı. Bundan narahat olan Sasanilər dövləti (indiki İran) xristianlığın yayılmasının qarşısını almaq niyyəti ilə tez-tez Albaniyaya hücumlar edir, tikilən və tikilməkdə olan xristian kilsələrini dağıdırdılar. Əvəzində Zərdüştlüyü təbliğ edirdilər. Ancaq təcrübəli Bizans xiristian missionerləri artıq Qafqaz Albaniyasına öz dinlərini sevdirə bilmişdilər. Odur ki, ulu babalarımız bu kilsələri əlçatmaz, görünməyən yerlərdə tikməyə başladılar ki, Sasanilərin barbarlığının qurbanı olmasınlar. On görə də Alban kilsələrinin qalıqları uca dağların zirvəsində, ya ətəyində, qalın meşələrin əhatə etdiyi talalarda, təpə arxalarında tikilib". Rövşən Məmmədli deyib ki, Albaniyada xristian dininin ən çox yayılan bölgələrdən biri də Zəngəzur olub. Burada yüzlərlə xristian kilsəsinin qalıqları hələ də qalırdı: "Gorusun ərazilərində hazırda da çox möhtəşəm Alban xristian kilsələri qalmaqdadır. Ermənilər bu güclü memarlıq abidələri ilə bağlı qısametrajlı və geniş kinolentlər hazırlayır və onu həm də bizim qədim musiqilərimizin müşahidəsi ilə bütün dünyaya yayırlar. Bütün dünyaya elə yalanlar yayırlar ki, az qala özün heyran olursan onların bu "bacarıqlarına". Əlbəttə min, min beş yüz il tarixi, yaşı olan bu cür arxitektura əfsanəsi olan kilsələri xaricdə görən və onlara ermənilərin bu kilsələrin sahibləri kimi söylədiklərini eşidəndə daha bu kilsələrin ermənilərə "məxsus" olmasına çox az adam inanmaya bilər. Bunun üçünsə gərək "erməniçiliyin" nə olduğunu yaxşı biləsən. Təəssüflər olsun ki, biz yiyə durmamışıq, bu fürsətdən yararlanan ermənilər bu möhtəşəm Alban kilsələrinə yiyələniblər". Ekspertin sözlərinə görə, ermənilər Qafqaza XVIII əsrdən sonra Çar Rusiyası tərəfindən köçürülərək gətirildikləri gün kimi aydındır və onların Albaniya dövlətinə və onun mədəniyyətinə heç bir aidiyyətləri yoxdur: "Bəs elə isə niyə biz Albaniya dövlətində yaşamış ulu babalarımızın mədəni sərvətlərinə yiyə durmuruq, onları erməni basqısından azad etmirik. Nəyə görə Gorus rayonunun Tatev adlanan kəndinin ərazisində yerləşən gözəl, möhtəşəm Alban Kilsə kompleksləri indi qədim erməni kilsələri kimi təbliğ olunmalıdır?.Gorus rayonu bu cür möhtəşəm, tarixi kilsələr,vənglərlə zəngindir. Orada "Cəhənnəm dərəsi" deyilən bir ərazidə talada çox möhtəşəm bir vəng vardır.Yaşayış yerlərindən xeyli aralı.dərin dərələrin, sıx meşələrin əhatəsində olan bu vəngə hələ sovetlər dönəmində hər azərbaycanlılar gedər, oranı yerli turist kimi gəzir yad edərdilər. Ermənilər isə həmin əraziyə gəlmirdilər. Sonradan ermənilər bu vəngə də sahib çıxmağa başladılar. İndi Ermənistanın xaricə yayımlanan bütün televerilişlərində, xaricə ötürüləcək video çəkilişlərində, hazırladıqları qısametrajlı lent yazılarında Gorusda olan bu möhtəşəm alban kilsələri qədim erməni kilsələri kimi təbliğ olunur və bu aspektdə də ermənilərin qədimdən Qafqazda yaşamaları kimi yalanlar həqiqət donuna bükülərək şüurlara yeridilir. Ermənilər təbliğatlarını elə qururlar ki, sankı Qafqaz Albaniyası elə onlara məxsus olub..Bunun üçünsə bizim Ermənistanda buraxıb qaçdığımız minlərlə Alban mədəniyyəti nümunələrindən istifadə edirlər. Bütün bunların fövqündə isə təəssüflər olsun ki, Azərbaycan tarixçiləri sükut edir, susurlar. Sual olunur görəsən niyə Azərbaycan dövləti öz tarixinin Qafqaz Albaniyası kimi möhtəşəm sıhifələrinə, onun mədəniyyətinə sahib çıxmır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31