Gündəm

Gəncədə, Göyçayda və Şəkidə treninqlər keçirilib

9 Fevral 2018 16:02

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Gəncədə gənclər, Göyçayda məcburi köçkünlər və Şəkidə arıçılıq sahəsində fəaliyyət göstərən sahibkarlar üçün treninqlər keçirilib. Nazirlikdən “Olaylar”a bildirilib ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və maariflənmə imkanlarının təmin edilməsi məqsədilə keçirilmiş treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, yeni məhsul istehsalı və xidmətlərin göstərilməsinin təşkili, arıçılıqda səmərəliliyin yüksəldilməsi və s. barədə ətraflı məlumat verilib.

Dövlət Sanitariya - Epidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edildi

9 Fevral 2018 16:01

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə əlaqədar Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edilib. Bununla bağlı “Sanitariya- epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklər edilir.”Olaylar” xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirilib ki, Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla, Azərbaycan ərazisinin sağlamlıq üçün təhlükəli ərzaq məhsullarının idxalından sanitariya mühafizəsi olub. Xidmətin bu vəzifəsi ləğv edilir.Bu vəzifəni Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Dövlət sanitariya nəzarəti artıq qida məhsullarına şamil edilməyəcək.

Tanınmış cərrahdan orqan nəqli ilə bağlı təklif

9 Fevral 2018 15:59

“Qəza və ya təbii fəlakətlər zamanı həyatını itirmiş şəxslərin yanında qohumları olmadığı halda razılıq və vəsiyyət axtarılmadan ondan transplantasiya üçün orqan və ya toxumanın götürülməsinə icazə verilməlidir”.“Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə çıxış edən Mərkəzi Neftçilər Xəstəxanasının cərrah-transplantoloqu Mircəlal Kazımi deyib.

Azərbaycanda niyə meyitdən orqan götürülmür?

9 Fevral 2018 15:58

"Azərbaycanda uzunillərdir ki, meyitdən orqan transplantasiyası həyata keçirilmir. Belə bir əməliyyat Azərbaycanda 1973-74-cü ildə SSRİ dövrünün qanunları çərçivəsində həyata keçirilib. Hazırda bu rəqəmin sıfır olması narahatedicidir”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə komitənin üzvü Rəşad Mahmudov deyib.

Putinin yeni post-sovet PLANI İŞƏ DÜŞÜR: 18 martdan sonra İrəvanı alt-üst edəcək SSENARİ

9 Fevral 2018 15:55

2018-ci il 18 mart tarixində Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Vladimir Putin post-sovet məkanında fəallaşacaq. Qərb ekspertləri Ukrayna və Yaxın Şərqdə “ilişən” Rusiyanın post-sovet məkanına qayıdacağını hesab edirlər. İddialara görə, Kreml post-sovet məkanında yeni müdaxilələrə əl ata bilər. Xüsusilə post-sovet məkanında respublikalar Avrasiyaya inteqrasiyada həvəssiz davranırlar. Misal üçün, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Mərkəzi Asiyanın beş ölkəsi adından ABŞ prezidenti Donald Trampdan regionda təhlükəsizliyin qorunmasına diqqət ayırmasını xahiş etdi. Ukrayna və Moldovanın Rusiyanın orbitinə qayıtması ehtimalı artıq aradan qalxıb. Belə vəziyyətdə ekspertlər Rusiyanın Cənubi Qafqaza yönələcəyini hesab edirlər. İddialara görə, Rusiya Cənubi Qafqazda yeni müharibəni alovlandıra bilər.

Sevgilisinin qəfil ölüm xəbərini alan tanınmış aktyor: “Can, can Zərnigar! Sənə qurban olum...”

9 Fevral 2018 15:53

Bunu Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist, vaxtilə Zərnigar Ağakişiyevanı dəlicəsinə sevən Məcnun Hacıbəyov deyib. Sevdiyi qadının evdə tənha şəkildə ölməsi xəbərini alan aktyor göz yaşını saxlaya bilmədi: “Can, can Zərnigar! Sənə qurban olum... Axı niyə belə etdin?.. Zərnigarla bir kənddənəm, onu məndən yaxşı kimsə tanıya bilməz.

Müəllim və valideynlər qəbul edilib

9 Fevral 2018 15:50

Fevralın 9-da paytaxtdakı 163 nömrəli məktəbdə Səbail, Yasamal və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

AntiAzərbaycan qüvvələrin seçki ssenarisi pozuldu

9 Fevral 2018 15:48

Azərbaycanda keçiriləcək prezident seçkisindən məğlub ayrılacaqlarını dərk edən müxalifət özlərini indidən sığortalamaq məqsədilə müxtəlif versiyalar irəli sürməkdədir. Müxalifət bununla həm də xarici dəstək almaq istəyində olduğunu bəyan etmiş olur. Azərbaycan müxalifəti ölkədə prezident seçkilərinin keçirilməsinə ABŞ-Rusiya qarşıdurmasının təsir etdiyi iddasını irəli sürürək, əsas səbəb kimi bunu göstərir. Millət vəkili Zahid Oruc deyib ki, Kreml xarici dövlətlərin daxili həyatına müdaxilə edərək, onların gələcəyinə yönəlik proseslərə təsir edə bilir.

Deputat: “Qida Təhlükəsizliyi Agentliyi belə halların qarşısını alacaq”

9 Fevral 2018 15:45

“Hər bir normal insan sağlamlığını düşünməlidir. Yeyinti məhsullarının süfrələrə gətirilməsi məsələsi həmişə nəzarətdə olmalıdır”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini Eldar Quliyev deyib.

Komitə sədri: “Qida məhsullarının keyfiyyəti artırılmalıdr”

9 Fevral 2018 15:42

“Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi, ümumiyyətlə, ölkəyə gətirilən və ölkədə istehsal olunan qida məhsullarının keyfiyyətinin artırılması, daha da yaxşılaşdırılması üçün istər “Fitosanitar nəzarəti haqqında”, istərsə də “Yeyinti məhsulları haqqında” qanunlara dəyişikliklər edilməsi vacibdir”.

Qida Təhlükəsizliyi Agentliyinin sədri: “Bu sahədə islahata ehtiyac var”

9 Fevral 2018 15:41

"Azərbaycanda Qida Təhlükəsizliyi Agentiyinin yaranması o demək deyil ki, indiyədək ölkəmizdə bu sahəyə nəzarət edilmirdi. Sadəcə, indiyə kimi bu nəzarət icra orqanları tərəfindən həyata keçirilirdi”. “Olaylar”ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Bütün hesabatlarda Azərbaycanın adının yüksəlməsini müşahidə edirik

9 Fevral 2018 15:40

“Dövlət gəlirlərimiz neft ixracından əldə olunan qazancdan asılı olduğundan, 2014-cü ilin iyun ayından dünya bazarlarında qiymətlərin enməsindən bir çox mövqeləri itirməli olmuşduq.

Kuzey Kıbrısdan gələn musiqi qrupu Bakıda konsert proqramı ilə çıxış etdi

9 Fevral 2018 15:38

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Çağdaş musiqi dərnəyi Azərbaycanda səfərdə olub. “OLAYLAR” -ın xəbərinə görə, səfər çərçivəsində qrup fevralın 8-də Bakıda konsert proqramı ilə çıxış etdib. “Yurdumdan esintiler” adlı musiqi proqramı Rəşid Behbudov adına Mahnı Teatrında gerçəkləşib. Ersin Tünayın rəhbərliyi altında Kuzey Kıbrısın Çağdaş musiqi dərnəyi Azərbaycan musiqisevərləri üçün bir-birindən maraqlı ifalar səsləndiriblər. Gecənin sonunda kıbrıslı sənətçilərin Azərbaycan, Türkiyə və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin bayraqlarını dalğalandırmaqla Azərbaycan musiqisi ifa etmələri zalda coşqu ilə qarşılanıb.

Məşhur idmançı vəfat etdi

9 Fevral 2018 15:34

Birlik Oyunlarının qızıl medalçısı Yarrod Bannister 33 yaşında qəfildən dünyasını dəyişib. Məlumatı təsdiqləyən Avstraliya Atletika Federasiyası idmançının ölümündə şübhəli məqamların olmadığını bildirib.