Kuzey Kıbrısdan gələn musiqi qrupu Bakıda konsert proqramı ilə çıxış etdi

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Çağdaş musiqi dərnəyi Azərbaycanda səfərdə olub. “OLAYLAR” -ın xəbərinə görə, səfər çərçivəsində qrup fevralın 8-də Bakıda konsert proqramı ilə çıxış etdib. “Yurdumdan esintiler” adlı musiqi proqramı Rəşid Behbudov adına Mahnı Teatrında gerçəkləşib. Ersin Tünayın rəhbərliyi altında Kuzey Kıbrısın Çağdaş musiqi dərnəyi Azərbaycan musiqisevərləri üçün bir-birindən maraqlı ifalar səsləndiriblər. Gecənin sonunda kıbrıslı sənətçilərin Azərbaycan, Türkiyə və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin bayraqlarını dalğalandırmaqla Azərbaycan musiqisi ifa etmələri zalda coşqu ilə qarşılanıb.

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Çağdaş musiqi dərnəyi Azərbaycanda səfərdə olub. "OLAYLAR" -ın xəbərinə görə, səfər çərçivəsində qrup fevralın 8-də Bakıda konsert proqramı ilə çıxış etdib. "Yurdumdan esintiler" adlı musiqi proqramı Rəşid Behbudov adına Mahnı Teatrında gerçəkləşib. Ersin Tünayın rəhbərliyi altında Kuzey Kıbrısın Çağdaş musiqi dərnəyi Azərbaycan musiqisevərləri üçün bir-birindən maraqlı ifalar səsləndiriblər. Gecənin sonunda kıbrıslı sənətçilərin Azərbaycan, Türkiyə və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin bayraqlarını dalğalandırmaqla Azərbaycan musiqisi ifa etmələri zalda coşqu ilə qarşılanıb.

Qeyd edək ki, konsert proqramı Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. Konsert proqramında KKTC-nin Bakı nümayəndəliyinin rəhbərliyi, millət vəkilləri, türkiyəli iş adamları, QHT və KİV təmsilçiləri iştirak edib. Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Çağdaş Musiqi Dərnəyi bu günə qədər Ankara , London, Kosova və Antalyada proqramlarla çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31