Bütün hesabatlarda Azərbaycanın adının yüksəlməsini müşahidə edirik

“Dövlət gəlirlərimiz neft ixracından əldə olunan qazancdan asılı olduğundan, 2014-cü ilin iyun ayından dünya bazarlarında qiymətlərin enməsindən bir çox mövqeləri itirməli olmuşduq.

"Dövlət gəlirlərimiz neft ixracından əldə olunan qazancdan asılı olduğundan, 2014-cü ilin iyun ayından dünya bazarlarında qiymətlərin enməsindən bir çox mövqeləri itirməli olmuşduq. Məlum olduğu kimi 2015-ci ildə 2 dəfə devalvasiya baş verdi və hələ bununla bərabər, Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarından 15 milyard itirdi, üstəlik, bank sektorunda da çöküş ortaya çıxdı. Ən böyük sistem əhəmiyyətli bank olan Beynəlxalq Bank az qala bağlanmaq məcburiyyəti qarşısında qaldı". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, bütün bunlar da, demək olar, bütün beynəlxalq reytinq və hesabat qurumları tərəfindən mövqelərimizin aşağı salınması ilə nəticələnmişdi: "Odur ki, "2018 İqtisadi Azadlıq" indeksi və yaxud bu cür digər hesabatlara münasibətdə, o cümlədən, beynəlxalq maliyyə və reytinq qurumlarının rəylərinə dair açıqlamalarımda da qeyd etmişəm ki, bütün bunlar məhz ölkədə aparılan islahatların nəticəsidir. Belə ki, əksər beynəlxalq reytinq agentlikləri tərəfindən ard-arda ölkə iqtisadiyyatının real vəziyyəti haqqında müsbət mövqe nümayiş etdirməsi təsadüfi deyil. Bütün hesabatlarda Azərbaycanın adının yüksəlməsini müşahidə edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31