Dövlət Sanitariya - Epidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edildi

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə əlaqədar Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edilib. Bununla bağlı “Sanitariya- epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklər edilir.”Olaylar” xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirilib ki, Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla, Azərbaycan ərazisinin sağlamlıq üçün təhlükəli ərzaq məhsullarının idxalından sanitariya mühafizəsi olub. Xidmətin bu vəzifəsi ləğv edilir.Bu vəzifəni Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Dövlət sanitariya nəzarəti artıq qida məhsullarına şamil edilməyəcək.

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə əlaqədar Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edilib. Bununla bağlı "Sanitariya- epidemioloji salamatlıq haqqında" qanuna dəyişikliklər edilir. "Olaylar" xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirilib ki, Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla, Azərbaycan ərazisinin sağlamlıq üçün təhlükəli ərzaq məhsullarının idxalından sanitariya mühafizəsi olub. Xidmətin bu vəzifəsi ləğv edilir.Bu vəzifəni Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Dövlət sanitariya nəzarəti artıq qida məhsullarına şamil edilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31