Gündəm
Amsterdamda turistlərə yeni qadağalar qoyuldu
Amsterdam hakimiyyəti "Qırmızı işıq" rayonuna səfər qaydalarını dəyişib. Məlumata görə, bu barədə şəhər bələdiyyəsinin saytında bildirilib.
Yekun qərar İrəvan və Bakının əlindədir - Rusiya
Nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret resepti ola bilməz. Bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin tert.am-a müsahibəsində bildirib.
Naz Mila milyonların gözü önündə bu qədər pulu yandırdı - ŞOK VİDEO
Evlilik proqramından sonra məşhurlaşan Naz Mila yeni bir videosu ilə qalmaqala səbəb olub. Gecə klubunda pulları dostları ilə yandıraraq əylənən sosial media siması içki ilə bu “şənlikləri”nə davam ediblər.
"Uber" ermənilərə işləyir? - Bakı Nəqliyyat Agentliyindən ÇAĞIRIŞ
"Yandeks" və "Uber" şirkətləri arasında biznes sazişinin imzalanması və baş direktor vəzifəsinə erməni Tiqran Xudaverdyanın təyin edilməsi ilə bağlı xəbər vermişdik. Sazişə əsasən, "Uber" Rusiya, Ermənistan, Gürcüstan, eləcə də Azərbaycanda fəaliyyət göstərəcək. Bu günə qədər "Uber" taksi şirkəti Azərbaycan bazarında fəaliyyət göstərirdi. Bəs görəsən, rəhbərliyinə erməninin təyin olunduğu bu şirkətin ölkəmizdə fəaliyyətinə icazə veriləcəkmi?
Məmmədyarov: “Açıq fikir mübadiləsi əməkdaşlığın inkişafı yollarını müəyyən etməyə imkan verəcək”
“2017-ci il Azərbaycan vəAvropa İttifaqı ( Aİ) arasındakı əməkdaşlığın inkişaf etdirilməsi baxımdan məhsuldar və perspektivli olduğunu sübut edib”. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında çıxışında deyib.
DİN: Sumqayıtda güllələnmiş kişi meyitinin tapılması barədə məlumatlar yalandır
Daxili İşlər Nazirliyi Sumqayıtda dəniz kənarından güllələnmiş kişi meyitinin tapılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin xətbuat xidmətinin rəisi Ehsan Zahidov cavabında bu məlumatın yalan olduğunu qeyd edib: “Sosial şəbəkələrdə həmin məlumat yayıldıqdan dərhal sonra araşdırmışıq ki, son vaxtlar nə Sumqayıtdakı, nə də Coratdakı hansısa müəssisədə işçilərin hər hansı etirazı qeydə alınıb. Müəssisələrdə 26 yaşlı Emin Nəbiyev ad-soyadlı işçi də olmayıb. Onu da bildirim ki, Sumqayıtda dəniz kənarından nəinki üzərində güllə yaraları olan meyit, heç öz əcəli ilə vəfat etmiş insan cəsədi də aşkarlanmayıb. Uydurma xəbər xəstə təxəyyülün zay məhsulundan başqa bir şey deyil”.
Məmmədyarov: "Ermənistan ordusunun ərazilərimizdə mövcudluğu münaqişənin həll edilməməsinin əsas səbəbidir"
"Artıq 30 ilə yaxındır ki, "Şərq tərəfdaşlığı" ölkəsi olan Ermənistan digər "Şərq tərəfdaşlığı" ölkəsinin suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini hərbi işğal altında saxlayır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu münaqişənin həll edilməməsində əsas səbəbdir və regional sülh və təhlükəsizliyə ciddi təhdiddir”.
Mənfi kredit tarixçəsinə malik şəxslər barədə informasiyalar AKB-nin məlumat bazasına ötürüləcək
"Bu günə qədər mənfi kredit tarixçəsinə malik şəxslər haqqında bütün məlumatlar Azərbaycan Kredit Bürosunun məlumat bazasına ötürüləcək". Bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.
Federika Mogerini: "Dağlıq Qarabağ münaqişəsi çox ciddi çağırışdır"
"Dağlıq Qarabağ münaqişəsi çox ciddi çağırışdır”. Məlumata görə, bu sözləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsiFederika Mogerini xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Kənd Təsərrüfatı Nazirliyinin bəzi səlahiyyətləri ləğv olunur
"Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" ölkə prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, bir sıra qurumların, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin bəzi səlahiyyətlərinin məhdudlaşdırılması, onların səlahiyyətlərinin yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə verilməsi nəzərdə tutulur. Məlumata görə, bununla bağlı "Baytarlıq haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.
Hərbi vəziyyət qüvvədə olduğu müddətdə şərab məhsullarının dövriyyəsi üzrə xüsusi rejim yaradılacaq
Azərbaycanda hərbi vəziyyət qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə xüsusi rejim yaradıla bilər. Məlumata görə, bu, bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Üzümçülük və şərabçılıq haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb.
Bakını silkələyən sui-qəsd: 20 il əvvəl prezidenti necə öldürmək istəyiblər?
20 il əvvəl, 1998-ci ilin 9 fevralında Gürcüstanın o vaxtkı prezidenti Eduard Şevardnadzeyə Tiflisin mərkəzində, indi dəbdə olan ifadə ilə desək, bombalı saldırı düzənləndi ki, bu da Bakıda da ciddi rezonans doğurdu. Dövr qeyri-sabit idi, Rusiya xüsusilə Gürcüstanda SSRİ-nin sabiq xarici işlər naziri Şevardnadze ilə “yola getmirdi”. Elə daxildə də silahlı dəstələr mövcud idi. Bakı yaxın qonşusunda baş verən bu sui-qəsdə dərhal reaksiya verdi, Azərbaycan prezidenti Heydər Əliyev həmkarını arayaraq həm tibbi kömək təklif etmiş, həm mənəvi dəstək vermişdi. Bu tarixi Rusiya saytları bu gün yada salıblar. Tarixə ekskurs edən həmkarlarımız birinci şəxslərə sui-qəsd cəhdlərini sadalayıblar. Onlardan bir neçəsi yeni faktdır, məsələn, Brejnevə sui-qəsd edən hələ də yaşayır... Musavat.com oxucular üçün bu faktların maraqlı olacağına ümid edir.
Sən demə, kişilər buna görə saqqal saxlayırmışlar... - Qeyri-adi FAKTLAR
Britaniya alimlərinin son araşdırmalarına görə, hər bir qadın il ərzində orta hesabla 2 sutkasını makiyaja həsr edir. Fikrimcə, bu rəqəm Azərbaycan kimi qadınların bəzəyə çox meyilli olduqları ölkədə 2 və ya 3 qatınadək artır. Eyni göstəricini artıq kişilərimizə də şamil edə bilərik. Çünki son illər “kişi meyk-apı” kimi trendə çevrilən saqqal dəbi əks cinsdən kifayət qədər zaman və qayğı istəyir. Şəhərin, ölkənin, hətta dünyanın hər yerində yeniyetmələrdən tutmuş, orta nəsil nümayəndələrinədək hər kəs saqqalı ilə öyünür. Hətta iş o yerə çatıb ki, azyaşlı oğlum da saqqalının nə vaxt uzanacağını gözləyib, güzgünün önündən çəkilmir. Yəqin ki, sizə də maraqlıdır, zamanın darlığından şikayətlənərək, çox vaxt mesajlarımızı cavabsız qoyan bu kişilər saqqal nazı ilə oynamağa necə zaman tapırlar? Əslində isə məqsədim mövzunu qeyd etdiyim dayaz fakta görə araşdırmaq deyil, bu təbii akssesuarın tarixinə, zərər və faydalarına, ümumilikdə əhəmiyyətinə aydınlıq gətirməkdir.
Türkiyəli deputat: "Prezident İlham Əliyevin sayəsində Azərbaycan xarici siyasətdə ciddi uğurlar qazanıb"
"Qardaş Azərbaycan ölkə Prezidenti İlham Əliyevin sayəsində və idarəçiliyində xarici siyasətdə də ciddi uğurlar qazanıb". Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan millət vəkili Mətin Külünk bildirib. M.Külünk qeyd edib ki, Prezident İlham Əliyev 2003-cü ildən bu günə qədər xalqına və ölkəsinə xidmət edən siyasi xadim, məhz Azərbaycan xalqının böyük əksəriyyətinin seçdiyi və təqdir etdiyi siyasi liderdir: "Bölgənin siyasi dinamizmini nəzərə alsaq, ölkə başçısı İlham Əliyevin aprelin 11-də keçiriləcək prezident seçkilərində namizədliyinin yenidən irəli sürülməsi çox önəmlidir".
Könül Kərimova dekolteli geyimdə verilişə gəldi - Məlum oldu ki...
Bu gün "10-dan sonra" verilişinin qonağı olan Könül Kərimova geyimi ilə diqqət mərkəzinə düşüb. Əməkdar artistin dekolteli uzun əlbisəsi aparıcının da marağına səbəb olub. Yusif Ağayev xanım müğənniyə "Çox şux görünürsən" deyib.













