DİN: Sumqayıtda güllələnmiş kişi meyitinin tapılması barədə məlumatlar yalandır
Daxili İşlər Nazirliyi Sumqayıtda dəniz kənarından güllələnmiş kişi meyitinin tapılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin xətbuat xidmətinin rəisi Ehsan Zahidov cavabında bu məlumatın yalan olduğunu qeyd edib: “Sosial şəbəkələrdə həmin məlumat yayıldıqdan dərhal sonra araşdırmışıq ki, son vaxtlar nə Sumqayıtdakı, nə də Coratdakı hansısa müəssisədə işçilərin hər hansı etirazı qeydə alınıb. Müəssisələrdə 26 yaşlı Emin Nəbiyev ad-soyadlı işçi də olmayıb. Onu da bildirim ki, Sumqayıtda dəniz kənarından nəinki üzərində güllə yaraları olan meyit, heç öz əcəli ilə vəfat etmiş insan cəsədi də aşkarlanmayıb. Uydurma xəbər xəstə təxəyyülün zay məhsulundan başqa bir şey deyil”.
9 Fevral 2018 16:25 KriminalDaxili İşlər Nazirliyi Sumqayıtda dəniz kənarından güllələnmiş kişi meyitinin tapılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin xətbuat xidmətinin rəisi Ehsan Zahidov cavabında bu məlumatın yalan olduğunu qeyd edib: "Sosial şəbəkələrdə həmin məlumat yayıldıqdan dərhal sonra araşdırmışıq ki, son vaxtlar nə Sumqayıtdakı, nə də Coratdakı hansısa müəssisədə işçilərin hər hansı etirazı qeydə alınıb. Müəssisələrdə 26 yaşlı Emin Nəbiyev ad-soyadlı işçi də olmayıb. Onu da bildirim ki, Sumqayıtda dəniz kənarından nəinki üzərində güllə yaraları olan meyit, heç öz əcəli ilə vəfat etmiş insan cəsədi də aşkarlanmayıb. Uydurma xəbər xəstə təxəyyülün zay məhsulundan başqa bir şey deyil".
Qeyd edək ki, sosial şəbəkələrdə Fərid Rüstəmzadə adlı istifadəçi Sumqayıtın Corat qəsəbəsində fəaliyyət göstərən müəssisədə işçilərin maaşların azlığı ilə əlaqədar işi dayandıraraq etiraz aksiyayı keçirdiyini yazıb. O qeyd edib ki, fevralın 4-ü gecə onlardan biri-26 yaşlı Emin Nəbiyevi polis əməkdaşları evindən polis bölməsinə aparıblar. Hadisəninertəsi günü balıqçılar dəniz kənarında bir cəsəd tapıblar. Üzərində güllə yaraları olan şəxsin Emin Nəbiyəvə olduğu bildirilib. Apa.az