Gündəm

Şairlər də vergi ödəyəcək? - Nazirlikdən açıqlama

9 Fevral 2018 17:35

Şair dediyi şeirdən pul qazanırsa, vergi ödəməlidir. Bu gün bir sıra KİV-lərdə Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədovun adından belə bir açıqlama yer alıb.

Liviyada məscid yaxınlığında PARTLAYIŞ - Ölənlər var

9 Fevral 2018 17:33

Liviyanın Benqazi şəhərində güclü partlayış baş verib. Məlumata görə, partlayış məscidin yaxınlığında qeydə alınıb. Son məlumata görə, partlayış nəticəsində 8 nəfər həlak olub. Yaralılar barədə hələ məlumat verilməyib.

Sabirabad Sənaye Məhəlləsinin yaradılması işləri davam etdirilir

9 Fevral 2018 17:32

Fevralın 9-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Sabirabad Sənaye Məhəlləsində görüləcək işlər, Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib.Nazirlikdən “Olaylar”a verilən məlumata görə, tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinin iqtisadi inkişafda mühüm əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev İlqar Abbasovu ordenlə təltif edib

9 Fevral 2018 17:30

Prezident İlham Əliyev İlqar Abbasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Cəmiyyətimizdə bu qərar yüksək qiymətləndirilir

9 Fevral 2018 17:25

“Yeni Azərbaycan Partiyasının VI Qurultayı ölkəmizin ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biridir. Qurultayın partiyamızın Sədri, sənab İlham Əliyevin prezidentliyə namizədlinin irəli sürülməsi haqqında qəbul etdiyi qərar Azərbaycan cəmiyyətinin mütləq mövqeyidir”. 

FIFA Dünya Çempionatının Kuboku Azərbaycana gətirildi

9 Fevral 2018 17:24

"Coca-Cola” tərəfindən təşkil edilən FIFA Dünya Çempionatının Kubokunun dünya turu çərçivəsində Kubok bu gün ilk dəfə olaraq Azərbaycana gətirilib. “OLAYLAR” xəbər verir ki, futbol dünyasının ən ali mükafatı olan qızıl Kubokun Azərbaycana səfəri “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlıqda təşkil olunub.

Oğurluqla məşğul olan dəstə ifşa edilib

9 Fevral 2018 17:23

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 35-ci PB və Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Sabirabad rayonundakı mağazaların birindən 580 manat və danışıq kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Pirqulu Hüseynov, Sabirabad rayon sakini Əlisa Nərimanov və Biləsuvar rayon sakini Nüsrət Həsənəliyev saxlanılıblar.

Neftçala sakinindən narkotik vasitə götürülüb

9 Fevral 2018 17:22

Neftçala rayonunun Həsənabad qəsəbə sakinindən narkotik vasitələr aşkar edilərək götürülüb. DİN-dən “Olylara” verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

25 nəfərin pulunu mənimsəyən saxlanıb

9 Fevral 2018 17:21

Bakı şəhər sakini Elçin Dadaşovun 25 nəfəri aldadaraq dələduzluq yolu ilə onlardan ümumilikdə 4420 manat alması müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini G.Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib.

Oğruların digər əməlləri ifşa edildi

9 Fevral 2018 17:20

Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Bəhruz Mirzəyevin 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən qardaşı oğlu, əvvəllər məhkum olunmuş Loğman Mirzəzadə saxlanılıb.Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 7-dən cari il yanvarın 12-dək olan müddətdə şəhər ərazisində 1 avtomobildən mobil telefon, 1 qadının çantasından pul və sənəd oğurlaması, habelə 1 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib. Oğurluq etdiklərinə görə tutulmuş Mirzağa Cəlilovun, İsmayıl Həsənovun və Saleh Osmanovun ətrafında Qusar RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 2-dən fevralın 5-dək olan müddətdə rayon ərazisindəki 5 mağazadan pul, tütün məmulatı, ərzaq məhsulları, spirtli içki və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Aşıq İsfəndiyar vəfat edib

9 Fevral 2018 17:10

Aşıq İsfəndiyar Rüstəmov vəfat edib. Bu barədə aşığın nəvəsi Rüstəm Rüstəmov məlumat verib. O, bildirib ki, aşıq İsfəndiyar uzun sürən xəstəlikdən sonra bu gün 81 yaşında dünyasını dəyişib. Mərhum sabah Gədəbəydə dəfn olunacaq.

YAP İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün sənədləri MSK-ya təqdim edib

9 Fevral 2018 17:07

Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərək Mərkəzi Seçki Komissiyasına təqdim edilib. 

Mikayıl Cabbarov şairlərdən də vergi yığacaq- NAZİRLİKDƏN AÇIQLAMA

9 Fevral 2018 17:05

Şair dediyi şeirdən pul qazanırsa, vergi ödəməlidir. Bu sözləri teleqraf.com-a açıqlamasında Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov deyib. Onun sözlərinə görə, vergi ödəmək hər kəs üçün vacibdir: “Müğənnilər oxuduqları mahnıdan pul qazandıqları üçün vergi ödəyirlər. Şairlər də həmçinin… Bu qayda hər kəs üçün keçərlidir”.

Regionların sosial-iqtisadi inkişaf proqramları kənd təsərrüfatı sahəsində dönüş yaradıb

9 Fevral 2018 16:46

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası qeyri-neft sektorunun inkişafına səbəb olub. Xüsusilə kənd təsərrüfatı sahəsində həyat keçirilən layihələr bu sahənin dinamik inkişafı ilə müşahidə olunub. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev qeyd edib ki, ölkədə kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb: “ Yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılmış və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılmışdır. Dörd su anbarı tikilmişdir. Xüsusilə, onların arasında ən böyük Taxtaköprü və Şəmkirçay su anbarlarını qeyd etmək istəyirəm.

Müəllim şagirdin ağzına "skoç" yapışdırdı

9 Fevral 2018 16:38

Sankt-Peterburqda prokurorluq orqanları orta məktəblərdən birində müəllimin şagirdin ağzını "skoç"la bağlaması ilə bağlı araşdırma aparırlar.  Prokurorluqdan bildirilib ki, müəllimin hərəkətinə hüquqi qiymət veriləcək və lazımı tədbirlər görüləcək.