FIFA Dünya Çempionatının Kuboku Azərbaycana gətirildi

"Coca-Cola” tərəfindən təşkil edilən FIFA Dünya Çempionatının Kubokunun dünya turu çərçivəsində Kubok bu gün ilk dəfə olaraq Azərbaycana gətirilib. “OLAYLAR” xəbər verir ki, futbol dünyasının ən ali mükafatı olan qızıl Kubokun Azərbaycana səfəri “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlıqda təşkil olunub.

"Coca-Cola" tərəfindən təşkil edilən FIFA Dünya Çempionatının Kubokunun dünya turu çərçivəsində Kubok bu gün ilk dəfə olaraq Azərbaycana gətirilib. "OLAYLAR" xəbər verir ki, futbol dünyasının ən ali mükafatı olan qızıl Kubokun Azərbaycana səfəri "Coca-Cola" şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlıqda təşkil olunub.
Kubokun Bakı səfəri paytaxta xüsusi təyyarə ilə "Coca-Cola" şirkəti və FIFA-nın nümayəndə heyəti, o cümlədən 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda sözügedən ali mükafatın qarşılanması ilə başlanıb. Kuboku həmçinin "Coca-Cola" və AFFA-nın Azərbaycanda birgə həyata keçirdiyi məktəbli turnirinin iştirakçıları da müşayiət ediblər. "Coca-Cola" tədəfindən təşkil olunan Kubokun Bakı səfəri çərçivəsində yerli KİV nümayəndələri üçün mətbuat konfransı təşkil edilib.
Azərbaycana ilk dəfə təşkil olunmuş FIFA Dünya Çempionatının Kubokunun Turu 2017-ci ilin sentyabr ayında Rusiyada start götürüb. Bu turne altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və doqquz ay ərzində 126 min km məsafəni qətt edərək yolunu futbol üzrə 2018-ci il Dünya Çempionatında.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31