Gündəm
ABŞ-Türkiyə münasibətlərində növbəti gərginlik
Son dövrlərdə getdikcə korlanan Türkiyə-ABŞ münasibətlərində gərginlik yenidən yüksəlib. Buna səbəb Türkiyədə FETÖ üzvlüyündə təqsirləndirilərək həbs edilmiş Sərxan Kölgə barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyertin açıqlaması olub.
Tiflisdə iranlı killer yaxalandı
Tiflisdə iranlı killer hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilib. Gürcüstan Daxili İşlər Nazirliyi ələ keçirilən şəxsin 1964-cü il təvəllüdlü olduğunu bildirib. Killerə qarşı əməliyyata həmçinin Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Əkskəşfiyyat Departamenti də qoşulub.
Nazirin quldur dəstəsi: 1 manatlıq soyğundan 24 min manatlıq qızıl oğurluğuna qədər...
Azərbaycanda silah qismində əşyadan da istifadə etməklə seriya soyğunçuluq və oğurluq cinayətləri törətmiş daha bir mütəşəkkil qruplaşmanın işi üzrə məhkəmə prosesi başlayıb.
Vəsiyyətini yazıb cəbhəyə getdi - Şəhidin qızına illərlə yalan dedilər - VİDEO reportaj
Şəhid Təyyar Ağayev haqqında "Vəsiyyətini yazıb cəbhəyə gedən şəhid" adlı videomaterialı təqdim edir. İnsan ona verilən ömürü müxtəlif məqsədlər üçün sərf edir. Amma öz həyatını müqəddəs amal uğrunda qurban vermək heç də hər kəsə nəsib olmur. 90-cı illərin əvvələrində yenicə müstəqillik əldə etmiş Azərbaycanın başının üstünü qara buludlar alanda vətənin qeyrətli oğul və qızları ayağa qalxdılar. Əlbəttə, 20 yanvar hadisələrindən sonra şəhidlik məktəbinin dirilməsi mübarizənin əsasını qoymuşdu.
Akif Çovdarovun cinayət işinin apellyasiya məhkəməsinə getməməsinin səbəbi məlum olub
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin barəsindəki verilən apellyasiya şikayətinin indiyədək məhkəməyə göndərilməməsinin səbəbi məlum olub. Buna səbəb A. Çovdarovun məhkəmə iclas protokolları ilə tanış olub öz qeydlərini vermək istəyidir. A. Çovdarov protokollarla tanış olduqdan sonra iş apellyasiya məhkəməsinə göndəriləcək.
Başqa kişidən olan oğlunu tapmaq üçün elə yalan uydurdu ki... - Azərbaycanda ŞOK OLAY - VİDEO
Lənkərandan "Səni axtarıram"a qatılan Sədəf adlı qadın 1978-ci ildə (15 yaşı olarkən) həyat yoldaşından dünyaya gətirdiyi oğlan övladını başqa ailəyə verdiklərini və indi o övladına qovuşmaq istədiyini bildirib. Verilişin bundan öncəki buraxılışında əlaqə yaradan Sədəfin həyat yoldaşı onunla 1979-cu ildə ailə qurduğunu və elə bir övladının olmadığını deyib.
Qohumu: "Zərnigar Ağakişiyeva özünə qapanmışdı"
"Müraciət etdik, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldi, pəncərəni sındırıb evə girdilər. Biz içəri girəndə Zərnigar xanım artıq keçinmişdi". Bunu bu gün vəfat etmiş xalq artisti Zərnigar Ağakişiyevanın əmisi qızı Ərkinaz Vəliyeva deyib.
Zorlanan 12 yaşlı qızdan TÜKÜRPƏDƏN AÇIQLAMA: Onu qardaşım bilirdim
Türkiyənin Bolu şəhərində qonşusunun 12 yaşlı qızını zorladığı iddiasıyla həbs olunan 21 yaşlı Erkan K.-nın 8 ilə qədər həbsi məsələsi qaldırılıb. Erkan ifadəsində ittihamları rədd etsə də, azyaşlı qız ifadəsində zorlandığını və "Anana demə, öldürərəm" sözləri ilə təhdid edildiyini bildirib.
ABŞ-dan Rusiyaya qarşı ŞOK ADDIM: toqquşma yaxınlaşır
ABŞ Suriyada Rusiyaya qarşı toqquşmaya səbəb olacaq addım atıb. Rusiya ordusu əsgərlərin ABŞ-ın rəhbərliyi altındakı koalisiyanın dəstəklədiyi qüvvələrin olduğu şərq tərəfə keçə bilməsi üçün sentyabr ayında Deyr-ez-Zor şəhəri yaxınlığında Fərat çayı üzərində 210 metrlik körpü inşa edib. Lakin yanvarın 6-da şiddətli yağışların yağmamasına baxmayaraq, çay qəfil daşıb və körpü sıradan çıxıb. Rusiyanın “Krasnaya Zvezda” qəzeti yazır ki, bunu ABŞ bilərəkdən edib.
Qış Olimpia Oyunları başladı
Cənubi Koreyanın Pxençxan şəhərində Qış Olimpia Oyunları-2018 yarışlarının açılış mərasimi olub. Mərasim 2 saat davam edib. Olimpiada 9-25 fevral tarixləri arasında keçiriləcək. İdmançılar ənənəvi qış oyunlarında medallar uğrunda mübarizə aparacaqlar.
Saakaşvilinin həbs xəbəri yalan çıxdı - Açıqlama
Ukraynanın Təhlükəsizlik Xidməti orqanları Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin “Alfa” xüsusi təyinatlı dəstələri tərəfindən saxlanılması xəbərini təkzib edir. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya danışıb. “İnformasiya həqiqəti əks etdirmir”, - Qitlyanskaya deyib.
Cənubi Koreya prezidenti Kim Çenin bacısı ilə görüşdü
Cənubi Koreya Prezidenti Mun Çje İn ilk dəfə olaraq Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çenlə görüşüb. Bu barədə “Asoşeyted Press” informasiya yayıb. Onlar Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində görüşüblər.
Putin: Qərb axırda özü sanksiyalardan bezəcək
Ümid edirəm ki, Qərb ölkələri Rusiyaya qarşı sanksiyaların tətbiqindən bezəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Sənaye və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı söyləyib.
Tiflisdən Saakaşvili açıqlaması: Həbs ediləcək...
Mixail Saakaşvili Kiyevdən Tiflisə ekstradisiya olunsa, həbs ediləcək. Bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze söyləyib. “Bizim ölkədə onun dəstəyi zəifdir. Siyasi baxımdan bizi Saakaşvilinin Gürcüstan və Ukraynada olacağı maraqlandırmır”, – deyə o bildirib.
Ukrayna 65 dollarlıq birdəfəlik vizalar təqdim edəcək
Ukrayna 65 dollar dəyərində birdəfəlik elektron viza tətbiq etməyi planlaşdırır. Bunu "Avropa Pravda"ya müsahibəsində ölkənin Xarici İşlər Nazirliyinin Konsulluq Xidmətinin direktoru Sergey Poqoreltsev bildirib.














