ABŞ-Türkiyə münasibətlərində növbəti gərginlik

Son dövrlərdə getdikcə korlanan Türkiyə-ABŞ münasibətlərində gərginlik yenidən yüksəlib. Buna səbəb Türkiyədə FETÖ üzvlüyündə təqsirləndirilərək həbs edilmiş Sərxan Kölgə barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyertin açıqlaması olub.

"ABŞ vətəndaşı Sərxan Kölgənin etibarlı dəlillər olmadan terror qruplaşmasına üzvlükdə təqsirli bilinərək 8 fevral tarixində məhkum edilməsindən dərin narahatlıq keçiririk", - Noyert bildirib. 

Qeyd edək ki, Sərxan Kölgə 2016-cı ilin avqust ayında FETÖ üzvlüyü və ABŞ casusluğunda ittiham olunaraq saxlanmışdı. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31