Əhalinin gəlirləri 9,4 faiz artıb
15:28 İqtisadiyyat2026-cı ilin yanvar-avqust ayları üzrə əsas makroiqtisadi göstəricilər açıqlanıb. "Olaylar"ın məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə ümumi daxili məhsul 87 milyard 709,5 milyon manat olub və iqtisadiyyatda 1,2 faiz real artım qeydə alınıb. Yanvar-avqust aylarında inflyasiya 5,7 faiz təşkil edib.
Əhalinin nominal gəlirləri 63 milyard 511,3 milyon manat olub və 9,4 faiz artıb. Yanvar-iyul aylarında orta aylıq nominal əməkhaqqı 1 176,7 manat təşkil edib və 7,2 faiz artıb.
Avqustun 1-i vəziyyətinə fiziki şəxslərin banklardakı əmanətləri 17 milyard 896,7 milyon manat olub və 15,8 faiz artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31