ABŞ-dan Rusiyaya qarşı ŞOK ADDIM: toqquşma yaxınlaşır

ABŞ Suriyada Rusiyaya qarşı toqquşmaya səbəb olacaq addım atıb. Rusiya ordusu əsgərlərin ABŞ-ın rəhbərliyi altındakı koalisiyanın dəstəklədiyi qüvvələrin olduğu şərq tərəfə keçə bilməsi üçün sentyabr ayında Deyr-ez-Zor şəhəri yaxınlığında Fərat çayı üzərində 210 metrlik körpü inşa edib. Lakin yanvarın 6-da şiddətli yağışların yağmamasına baxmayaraq, çay qəfil daşıb və körpü sıradan çıxıb. Rusiyanın “Krasnaya Zvezda” qəzeti yazır ki, bunu ABŞ bilərəkdən edib.

ABŞ Suriyada Rusiyaya qarşı toqquşmaya səbəb olacaq addım atıb. Rusiya ordusu əsgərlərin ABŞ-ın rəhbərliyi altındakı koalisiyanın dəstəklədiyi qüvvələrin olduğu şərq tərəfə keçə bilməsi üçün sentyabr ayında Deyr-ez-Zor şəhəri yaxınlığında Fərat çayı üzərində 210 metrlik körpü inşa edib. Lakin yanvarın 6-da şiddətli yağışların yağmamasına baxmayaraq, çay qəfil daşıb və körpü sıradan çıxıb. Rusiyanın "Krasnaya Zvezda" qəzeti yazır ki, bunu ABŞ bilərəkdən edib.
"Suriyalı mütəxəssislərin araşdırmasından məlum olub ki, çayın daşması və körpünün sıradan çıxmasına səbəb ABŞ-ın dəstəklədiyi qüvvələrin olduğu bölgədəki Tabka barajının məqsədli şəkildə qaldırılmasıdır. Məqsəd Suriya ordusunun Fərat sahilində güclənməsinin qarşısını almaqdır", - deyə qəzet yazır. Ekspertlər son vaxtlar gərginləşən ABŞ-Rusiya münasibətləri fonunda belə addımların qarşıdurmanı daha da şiddətləndirəcəyini hesab edirlər.  Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31