Euractiv: Aİ-nin yaşıl enerji siyasəti ölkələr arasında köhnə fikir ayrılıqlarını yenidən gündəmə gətirə bilər- ÖZƏL
15:36 SiyasətAvropa Komissiyası bərpa olunan enerji mənbələri ilə bağlı ayrıca qanun layihəsi hazırlamağa və 2040-cı il üçün bərpa olunan enerjinin payına dair yeni hədəf müəyyənləşdirməyə hazırlaşır. Olaylar.az xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb.
Portalın məlumatına görə, belə bir addım nüvə enerjisinin inkişafını dəstəkləyən 14 Aİ ölkəsi ilə fikir ayrılıqlarını yenidən kəskinləşdirə bilər. Yaşıl enerji üzrə ayrıca hədəfin qorunub saxlanılması nüvə enerjisinə üstünlük verən ölkələr tərəfindən onların mövqeyinə məhəl qoyulmaması kimi qiymətləndirilə bilər.
Qeyd olunur ki, Aİ-nin bərpa olunan enerji üzrə direktivi ilk dəfə 2009-cu ildə təmiz enerji mənbələrindən istifadənin təşviqi məqsədilə qəbul edilib və bundan sonra üç dəfə yenilənib.
Euractiv yazır ki, Aİ-nin 2040-cı ilə qədər istixana qazı emissiyalarını 90 faiz azaltmaq hədəfi fonunda Avropa rəsmiləri enerji siyasətinə yenidən baxmağa hazırlaşırlar.