“Ermənistan və Azərbaycan TRIPP layihəsi üzrə sərhədin bəzi hissələrini delimitasiya edə bilər” – ÖZƏL
15:31 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan parlamentinin Xarici əlaqələr daimi komissiyasının sədri Sarqis Xandanyan bildirib ki, "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi icra olunmağa başladıqda, dəmir yolu, neft və qaz kəmərlərinin keçəcəyi lokal ərazilərdə qismən delimitasiya işlərinin aparılması mümkündür. Bununla yanaşı, o, prosesin ümumi məntiqinin şimaldan cənuba doğru davam etdiyini vurğulayıb.
Qeyd olunur ki, TRIPP layihəsinin irəliləməsi üçün tərəflər Zəngəzur (Sünik) istiqamətindəki bəzi sahələrin delimitasiyası variantını da istisna etmirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31