Neftçala sakinindən narkotik vasitə götürülüb
Neftçala rayonunun Həsənabad qəsəbə sakinindən narkotik vasitələr aşkar edilərək götürülüb. DİN-dən “Olylara” verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
9 Fevral 2018 17:22 KriminalNeftçala rayonunun Həsənabad qəsəbə sakinindən narkotik vasitələr aşkar edilərək götürülüb. DİN-dən "Olylara" verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Həsənabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəşad Abdullayev olduğu məlum olub. Baxış zamanı onun üzərindən 55 qram marixuana aşkar edilib.Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan əlavə olaraq 1 kiloqram 445 qram marixuana və müvafiq sənədləri olmayan "TOZ-8" markakı tüfəng də aşkar edilib.Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.