Oğruların digər əməlləri ifşa edildi

Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Bəhruz Mirzəyevin 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən qardaşı oğlu, əvvəllər məhkum olunmuş Loğman Mirzəzadə saxlanılıb.Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 7-dən cari il yanvarın 12-dək olan müddətdə şəhər ərazisində 1 avtomobildən mobil telefon, 1 qadının çantasından pul və sənəd oğurlaması, habelə 1 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib. Oğurluq etdiklərinə görə tutulmuş Mirzağa Cəlilovun, İsmayıl Həsənovun və Saleh Osmanovun ətrafında Qusar RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 2-dən fevralın 5-dək olan müddətdə rayon ərazisindəki 5 mağazadan pul, tütün məmulatı, ərzaq məhsulları, spirtli içki və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Bəhruz Mirzəyevin 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən qardaşı oğlu, əvvəllər məhkum olunmuş Loğman Mirzəzadə saxlanılıb.Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 7-dən cari il yanvarın 12-dək olan müddətdə şəhər ərazisində 1 avtomobildən mobil telefon, 1 qadının çantasından pul və sənəd oğurlaması, habelə 1 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib. Oğurluq etdiklərinə görə tutulmuş Mirzağa Cəlilovun, İsmayıl Həsənovun və Saleh Osmanovun ətrafında Qusar RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 2-dən fevralın 5-dək olan müddətdə rayon ərazisindəki 5 mağazadan pul, tütün məmulatı, ərzaq məhsulları, spirtli içki və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31