Şairlər də vergi ödəyəcək? - Nazirlikdən açıqlama

Şair dediyi şeirdən pul qazanırsa, vergi ödəməlidir. Bu gün bir sıra KİV-lərdə Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədovun adından belə bir açıqlama yer alıb.

Şair dediyi şeirdən pul qazanırsa, vergi ödəməlidir. Bu gün bir sıra KİV-lərdə Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədovun adından belə bir açıqlama yer alıb.

Şairlərdən yazdığı şeirə görə vergi tələb edilməsi isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Hətta sosial şəbəkələrdə açılan müzakirələrdə Vergilər Nazirliyi tənqidlərə tuş gəlib. Dəqiqləşdirmək üçün Şahin Məmmədovla əlaqə saxlayıb. Nazirlik rəsmisi adından yayılan açıqlamadakı fikrin təhrif edildiyini bildirib: "Mənə ünvanlanan suala cavab olaraq bildirdim ki, kommersiya xarakterli fəaliyyət, yəni gəlir əldə edən hər kəs vergi ödəyir. Bu, müğənni də ola bilər, ifaçı da".

Ş.Məmmədov açıqlama zamanı "şairlər vergi ödəyəcək deməmişəm", deyə bildirib. Modern.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31