Gündəm
Məhşur “Qızıl adam” Azərbaycana gətiriləcək
Qazaxstan Respublikasının simvollarından biri “Qızıl adam” adı ilə tanınan tamamilə qızıldan düzəldilmiş paltar geymiş sak döyüşçüsüdür. 1969-cu ildə Qazaxstan arxeoloqu Kamal Akişev tərəfindən aşkar edilmiş “Qızıl adam” bəşəriyyətə qədim türk tayfalarının unikal mədəniyyətinin yeni səhifəsini açdı. Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, runik yazı farqmentləri aşkar olunmuşdur. 2017-ci ilə qədər Qazaxstan arxeoloqları qızıl geyimli daha yeddi belə döyüşçü aşkar etmişdir ki, bu da Avrasiyanın çöl mədəniyyəti haqqında təsəvvürləri tam dəyişmişdir.
"Toya peraşki dəstəsi yığa bilmərəm" - 9 minə toya gedən Nazilə Səfərli - VİDEO
ARB TV-nin "Düz bazar" verlişinin növbəti qonağı tanınmış şairə Nazilə Səfərli olub. Şairə toyalara baha qiymətə getməsinin səbəbini açıqlayıb: "9 minə toya gedirəm. 35 nəfərlik işçi heyətinin arasında 9 mini bölməyi bacaraq.
Suyu bu cür için və tez arıqlayın - VİDEO
Orqanizm fərqli olduğu üçün arıqladıcı dietlər də fərqli nəticələr verir. Bu dəfə sizə su ilə arıqlama reseptini təqdim edir. Su ilə orqanizmin piylərini bir neçə variantda əritmək olar. Hətta aclıq terapiyası da mümkündür.
Müğənni Rəqsanənin dəbdəbəli bağ evindən GÖRÜNTÜLƏR- VİDEO
Ərdoğan Xocalı qurbanlarını anıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində Azərbaycan şəhidlərinin xatirəsini yad edib. O, hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında çıxışı zamanı Xocalı soyqırımına toxunub.
Moskvada azərbaycanlının etdiyi zarafat polisi AYAĞA QALDIRDI – VİDEO
Moskvada azərbaycanlı bloger Hüseyn Həsənovun “bank soyğunçuluğu” paytaxt polisini ayağa qaldırıb. Həsənovun zarafat kimi hazırlayaraq yaydığı video polis tərəfindən ciddi qəbul edilib. Xəbərə görə, o, bankda oğurluq edəcəyi barədə zarafatyana video çəkərək görüntüləri 4,5 milyon izləyicisi olan instaqram səhifəsində yayımlayıb. Videoda üzündə maska və əlində silah olan cavan oğlan bankı qarət etməyə hazırlaşdığını bildirirdi.
İqtisadi inkişafın yeni mərhələsi dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək
Qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla biruzə verir. Amma Azərbaycanda həyata keçirilən düşünülmüş, mütərəqqi siyasət nəticəsində bu böhranın ölkəmizə təsiri cüzi olub. Reallaşdırılan islahatlar nəticəsində son bir neçə ildə sosial-iqtisadi inkişaf proseslərində mühüm nəticələr əldə edilib.
Minsk qrupuna Türkiyənin üzvlüyü yenidən aktuallaşır
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu 25 ildən artıqdır ki, münaqişənin həllini bir addım belə irəli apara bilməyib. Nəinki problemin həllində irəliləyişə nail olub, əksinə heç onu yerindən belə tərpədə bilməyib. Münaqişənin başladığı və guya onun həlli istiqamətində Minks qrupu adlı qurum hərəkətə keçdiyi gündən indiyə qədər yalnız görüntü xarakterli fəaliyyətlər, münaqişənin həllinə hesabıanmayan turistik səfərlər yadda qalıb. Təəssüflər olsun ki, hazırda da eyni mənfi tendensiya davam edir.
Hansı əmanətlər geri qaytarılmır?
Lisenziyası geri alınaraq ləğv edilən banklardakı əmanətlərin geri qaytarılması müşkül məsələyə çevrilib. Çünki, belə halda Əmanətlərin Sığortalanması Fondu yalnız qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir. Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivləri üstələdiyi halda qaytarıla bilər. İndiyə qədər müflis olan banklarda da yalnız qorunan əmanətləri geri qaytarmaq mümkün olub.
Kimlər ətrafdakılara tələ qurmağa çalışırlar?
Mənfi emosiya olan paxıllıq insanı məhv edir. İlkin əlamətləri ünsiyyətdən sonra əhvalın pisləşməsi, qəzəbin, hətta depressiyanın yaranmasıdır. Paxıl insan özünü baxışları və davranışı ilə büruzə verir. Paxıllıq insanın sağlamlığına ciddi zərər yetirir. Belə ki, paxıllıq əsəb gərginliyinə səbəb olur, arterial təzyiqi qaldırır, həzm sisteminə və bir çox orqanların fəaliyyətinə mənfi təsir göstərir.
HP ləğv prosesində olan banklarla bağlı yoxlama aparıb
Fevralın 20-də Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Bu barədə Palatadan verilən məlumata görə, iclasda “Azərsu” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair, ləğv prosesində olan “Gəncəbank”, “Parabank”, “Bank Technique” və “RoyalBank” ASC-lərin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbirlərinin nəticələrinə dair Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
Əmək pensiyalarına əlavələri nəzərdə tutan sənəd parlament müzakirəsinə çıxarılacaq
Azərbaycanda indiki və sabiq Milli Məclis deputatlarına, Ombudsmana və Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinə, onların ailə üzvlərinə əmək pensiyalarına görə edilən yeniliklər ilə bağlı məsələ parlamentin Əmək və Sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclasında müzakirəyə çıxarılıb.
Unudulmaz dərdimiz – Qarabağ
Fevralın 24 – də Xətai Sənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Ziya” İnsan Hüquqlarının Müdafiə Mərkəzi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə keçirilən Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Unudulmaz dərdimiz – Qarabağ” adlı sərgi-tədbir keçiriləcək. Olaylar.az bildirir ki, tədbirdə təsviri və tədbiqi sənətin bütün növləri üzrə 100-dən çox rəssamın, 150-dən çox işinin nümayişi nəzərdə tutulur. Tədbirdə müxtəlif yaş qruplarında rəssamlar və dekorativ sənət ustaları iştirak edir.
Qanunu pozan şəxslərə 49268,99 manat məbləğində cərimə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Modelin öldürdüyü aktyorun oğlu dünyaya gəldi
Bir müddət əvvəl odlu silahla öldürülən türkiyəli məşhur aktyor və aparıcı Vətən Şaşmaz ata olub. Aktyorun həyat yoldaşı Yasəmin Adalının oğlu dünyaya gəlib. Körpəyə mərhum atasının arzusu ilə Asil Vətən Şaşmaz adı verilib.














