Əmək pensiyalarına əlavələri nəzərdə tutan sənəd parlament müzakirəsinə çıxarılacaq
Azərbaycanda indiki və sabiq Milli Məclis deputatlarına, Ombudsmana və Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinə, onların ailə üzvlərinə əmək pensiyalarına görə edilən yeniliklər ilə bağlı məsələ parlamentin Əmək və Sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclasında müzakirəyə çıxarılıb.
20 Fevral 2018 13:43 SosialAzərbaycanda indiki və sabiq Milli Məclis deputatlarına, Ombudsmana və Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinə, onların ailə üzvlərinə əmək pensiyalarına görə edilən yeniliklər ilə bağlı məsələ parlamentin Əmək və Sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclasında müzakirəyə çıxarılıb. Məlumata görə, "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında", "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanunlarda və Seçki Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən qeyd olunan şəxslərin qulluq stajı əsasında onların əmək pensiyalarına yeni şərtlərlə əlavələr təyin edilir.