Minsk qrupuna Türkiyənin üzvlüyü yenidən aktuallaşır
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu 25 ildən artıqdır ki, münaqişənin həllini bir addım belə irəli apara bilməyib. Nəinki problemin həllində irəliləyişə nail olub, əksinə heç onu yerindən belə tərpədə bilməyib. Münaqişənin başladığı və guya onun həlli istiqamətində Minks qrupu adlı qurum hərəkətə keçdiyi gündən indiyə qədər yalnız görüntü xarakterli fəaliyyətlər, münaqişənin həllinə hesabıanmayan turistik səfərlər yadda qalıb. Təəssüflər olsun ki, hazırda da eyni mənfi tendensiya davam edir.
20 Fevral 2018 13:51 SiyasətDağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu 25 ildən artıqdır ki, münaqişənin həllini bir addım belə irəli apara bilməyib. Nəinki problemin həllində irəliləyişə nail olub, əksinə heç onu yerindən belə tərpədə bilməyib. Münaqişənin başladığı və guya onun həlli istiqamətində Minks qrupu adlı qurum hərəkətə keçdiyi gündən indiyə qədər yalnız görüntü xarakterli fəaliyyətlər, münaqişənin həllinə hesabıanmayan turistik səfərlər yadda qalıb. Təəssüflər olsun ki, hazırda da eyni mənfi tendensiya davam edir.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin, onların bağlı olduqları ölkələrin Dağlıq Qarabağ probleminin həllinə sərgilədiyi bu cür biganə münasibət isə Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olub. Və zaman-zaman cəmiyyət tərəfindən haqlı olaraq Minsk qrupundan imtina etmək, yaxud qrupa yeni üzvlərin əlavə olunması kimi təşəbbüslər, təkliflər gündəmə gəlib. Son illər, xüsusilə 2016-cı ilin Aprel müharibəsindən sonra bu kimi təşəbbüslərin, təkliflərin sayı bir qədər də artıb ki, bu da təbiidir. Çünki məlum Aprel müharibəsi və dördgünlük döyüşlər zamanı Azərbaycanın hərbi qüdrətinin bütün dünyaya nümayiş olunması, nəticə etibarilə Ermənistanın məğlub duruma düşməsi həmin ərəfədə həmsədrləri tez-tələsik hərəkətə keçməyə vadar etdi. Və vasitəçilər havadarlıq etdikləri Ermənistanın yox olmaması üçün Bakını da razı saldılar ki, tezliklə münaqişənin həlli istiqamətində ciddi addımlar atılacaq. Ancaq aradan keçən 2 ilə yaxın müddətdə həmsədrlər münaqişənin həlli istiqamətində heç bir addım atmayaraq, əksinə bu münaqişənin indiki halda qorunub-saxlanılmasında maraq nümayiş etdirdilər. Elə ötən 2 ilə yaxın müddətdə vasitəçilərin regiona nəticəsiz, daha çox isə Ermənistanın maraqlarına xidmət edən səfərləri belə deməyə əsas verir. Və bütün bunlardan dolayı yenidən həmsədrlik institutundan imtina, yaxud qrupa yeni üzv dövlətlərin cəlb edilməsi kimi təşəbbüslər aktuallaşıb. Düzdür, hazırkı situasiyada Azərbaycanın ATƏT-in Minsk qrupundan imtinası düzgün mövqe kimi qəbul edilməz və işğalçı ölkə bütün dünyada belə bir rəy formalaşdırmağa çalışar ki, rəsmi Bakı danışıqlar prosesindən yayınar və müharibə tərəfdarıdır. Onsuz da Ermənistanın maraqlarından çıxış edən əksəriyyət ölkələr buna görə Azərbaycanı qınaq mərkəzinə çevirərlər. Ancaq ATƏT-in Minsk qrupuna yeni üzvlərin cəlb olunması təşəbbüsü kifayət qədər məntiqli və başadüşüləndir. Çünki ötən 25 ildən artıq müddətdə Minsk qrupunun hazırkı həmsədr ölkələri Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir addım atmayıblar. Elə bu səbəbdən də Minsk qrupuna yeni üzvlərin cəlb edilməsi aktuallaşıb. Təsadüfi deyil ki, artıq qardaş Türkiyədə də bu kimi təşəbbüslər səsləndirilir.
İqdırda fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy deyib ki, Dağlıq Qarabağ probleminin həlli məqsədilə yaradılmış, lakin ötən illər ərzində problemin həlli istiqamətində heç bir iş görməyən Birləşmiş Ştatlar, Rusiya Federasiyası və Fransadan ibarət olan ATƏT-in Minsk qrupuna Türkiyə Cümhuriyyəti də daxil edilməlidir. ASİMDER rəhbəri bunu belə əsaslandırıb ki, tarixən soyqırımlar həyata keçirmiş ölkələr Ermənistana, Azərbaycana qarşı soyqırım həyata keçirmiş bir ölkəyə qarşı hansısa təsirli addım ata, onu cəzalandıra bilmıəzlər: "Bu gün ATƏT-in Minsk qruöunda təmsil olunan ölkələr tarixən özləri soyqırımlar həyata keçiriblər. Belə olan halda bu ölkələrin Azərbaycanın ərazilərini işğal edən Ermənistana işğal altında olan əraziləri boşaltmaq çağırışı edərlərmi? Əsla". Göksəl Gülbəy deyib ki əslində ATƏT-in Minsk qrupu Azərbaycan dövlətini aldatmaq qrupudur: "Amerikalıların qaradərililərə qarşı həyata keçirdiyi işğal və onları kütləvi qətlə yetirməsi, Vyetnam, Iraq, Əfqanistan və Suriyada həyata keçirdiyi işğallar, terror təşkilatlarına verdiyi dəstək, eləcə də Fransanın Əlcəzairdə bir milyon günahsız insanı kütləvi şəkildə qətlə yetirməsi, həmçinin Rusyanın Ahıska Türkləri, Kırım, Çeçenistan və ən son Azərbaycanın paytaxtı Bakıda 1990-cı ilin 20 yanvarında tərətdiyi qətliam bunların əyani sübutudur. Tarixdə belə bir qətliamlar həyata keçirən ölkələrdən ibarət olan bir qrupun səmimiyyətinə inanmaq olarmı? Biz ASİMDER olaraq onların səmimiyyətinə qətiyyən inanmırıq". Mərkəz rəhbəri onu da qeyd edib ki, Misns qrupunda təmsil olunan hər 3 ölkə xristian ölkəsidir və Azərbaycan da müsəlman ölkəsi olduğundan din amili baxımından da onlar Azərbaycanın haqq səsinə səs verməz, onun haqlı mövqeyini müdafiə
etməzlər: "Qəti mümkün deyil ki, 3 xristian ölkə müsəlman ölkəsi Azərbaycana qarşı ədalətli olsunlar. Çünki Ermənistan da xristian ölkəsidir. Əgər ATƏT-in Minsk qrupu ciddi addımlar atmaq və səmimi olduğunu nümayiş etdirmək istəyirsə o halda Türkiyı də bu qrupun üzvü olmalıdır. Əks təqdirdə ATƏT-in Minsk qrupu bundan sonra da problemin həlli istiqamətində heç bir addım atmayacaq. Və onların səmimiyyətinə heç kim inanmayacaq. Əgər onlarda problemin həllinə maraq olsaydı indiyə qədər konkret addımlar atardılar. Ancaq həmsədrlər 26 ildir ki, fəaliyyətlərini Ermənistan və Azərbaycana səfər etmək, hər iki ölkədə görüntü xatirinə görüşlər keçirmək, lüks otellərdə kef çəkməklə məşğuldurlar. Çünki bu qrup xaçlı zehniyyətə malikdir. Ancaq bu xaçlı zehniyyətli qruba Türkiyə kimi i güclü bir müsəlman ölkə üzv olsa bir il içərisində Dağlıq Qarabağ problemi həllini tapar. Əks təqdirdə bundan sonra da daha 26 il eyni proses davam edəcək".
Süleyman