Gündəm
Bakıda 25 minə çaxır satılır – Foto
Alğı-satqı saytlarında fantastik qiymətə spirtli içkilər satışa çıxarııb. 1995-ci ildə Moldovadan alınan çaxır olduqca yüksək qiymətə satışa təqdim edilib. “Garling” kolleksiyasına məxsus qırmızı tünd üzüm çaxırı xüsusi "skripka" görünüşlü qablaşdırmanın içərisindədir. Çaxır nə az, nə çox, düz 25.000 manata təqdim edilib.
Yerli özünüidarəetmə institutları keçmişdən bu günə
Azərbaycanda yerli özünüidarəetmə institutu olan bələdiyyələrin yaranma tarixini və yerli özünü idarəetmə ənənələrini araşdıranların əksəriyyəti Azərbaycan bələdiyyələrinin yaranma tarixini yanlış olaraq Azərbaycan Respublikasında 12-dekabr 1999-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərinin keçirildiyi tarixə aid edir və bələdiyyələrimizin yaşını bu tarixdən hesablayırlar.
Qadına qarşı zorakılıq nədən irəli gəlir?
Qadın cinayətləri, qadına qarşı zorakılıq, qadın istismarı və s. kimi ifadələri son zamanlarda tez-tez eşitdirik. Bu ifadələr insanlara hədsiz narahatlıq verir, onların hüzursuzluqlarını getdikcə artırır. Müstəqil ekspert Nəzakət Bədirova deyir ki, bu kimi mənfi tendensiya təkcə bizim ölkəmiz üçün xarakterik deyil.
Bu videoya baxanda ehtiyatlı olun - Başınız ağrıya bilər - VİDEO
430,3 milyon insanın baxdığı video unikal, qəribə də sayılır, adi GİF formatlı fayl da hesab edilir. Amerikalı Feliks Konçakovski videokadralı sıralayaraq optik illüziya yaradıb. Videoda dəniz sahili əvvəl sürətlə, daha sonra astadan yaxınlaşır.
Daha bir dələduz ələ keçib
Mingəçevirdə dələduzluq yolu ilə insanları aldadaraq, onların külli miqdarda pulunu mənimsəyən şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN üç nəfərin yaralandığı partlayış barədə məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Abşeronda çörəkbişirmə sexində partlayış barədə məlumat yayıb. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, fevralın 19-da saat 9 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Rasim Ağaliyevə məxsus ümumi sahəsi 70 kv.m olan çörəkbişirmə sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.
Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması şərtləri dəyişdirilir
Fevralın 20-də Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclası keçirilib. İclasda "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilib. Layihədə qanunun 7.0.1-ci maddəsində "dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)" sözləri "dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)" sözləri ilə əvəz edilməsi təklif edilir.
Əlilliyi olan şəxslərin reyesteri elektron formada aparılacaq
Azərbaycan Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin fevralın 20-də keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Nazirlik: “Prezidentin sərəncamları ilə 33,6 min nəfərin təqaüdü artıb”
Müharibə və 20 Yanvar əlillərinə, şəhid ailələrinə verilən prezident təqaüdünün artırılması haqqında sərəncamlar ümumilikdə 33,6 min nəfərə şamil olunacaq. Bu barədə “Olaylar”a Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.Nazirliyin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında 19 fevral 2018-ci il tarixli sərəncamların imzalanması bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının növbəti təzahürüdür.
Mikayıl Cabbarov sələfinin müşavirinə vəzifə verdi
Vergilər naziri Mikayıl Cabbarov özünə yeni müşavir təyin edib. Məlumata görə, nazirin müvaffiq əmri ilə, Rəşad Vaqif oğlu Həbibov Azərbaycan vergilər nazirinin vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşaviri vəzifəsinə təyin olunub.
“Sarkisyanın çağırışı havada asılmış vəziyyətdə qalacaq”
Münhen Təhlükəsizlik Konfransında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan Türkiyəyə barışıq təklif edib. Türkiyə Sarkisyanın çağırışına hansı cavabı verəcək?
Ramin Məmmədov: “Biz Xocalıya hüquqi qiymət verilməsinə çağırış edirik"
“Artıq bir neçə ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası həyata keçirilir. Bu təşəbbüs tək gənclər təşkilatının təşəbbüsü deyil, eyni zamanda dünyanın müxtəlif ölkələrini əhatə edən geniş beynəlxalq kampaniyaya çevrilmişdir. Bunun nəticəsi kimi artıq bir neçə ölkə Xocalıda baş vermiş hadisələrə soyqırım xarakterli münasibətini göstərib”. Bunu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Ramin Məmmədov deyib.
Bu layihələr ölkəmizin iqtisadiyyatının sürətli inkişafına təkan verir
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu enerji layihələri əhəmiyyətli dərəcədə ölkəmizin iqtisadiyyatına böyük təsir göstərir. Cənub Qaz Dəhlizi Azərbaycan qazının Avropaya çatdırılması üçün həm iqtisadi, həm də siyasi əhəmiyyətə malik nəhəng layihələrdən biridir. Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.
General Rusiya bazasına hücuma görə bu əmri verdi
Rusiyanın radioelektron mübarizə qüvvələri Suriyanın Rusiyadakı bazası yaxınlığında peyk əlaqəsini (2G və 3G) kəsəcək. Bu barədə informasiyanı RBK agentliyi yayıb. Qərarın Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının 8-ci İdarəsinin rəisi general Yuri Kuznetsov tərəfindən verildiyi bildirilir. Bu addımın atılmağına əsas səbəb kimi Rusiyanın hərbi obyektlərinə pilotsuz uçan aparatların hücumu olub.
Tehranda iğtişaşlar başladı: 5 polis öldü, 30 yaralı - VİDEO
İranın paytaxı Tehran şəhərində “Qonabadi Dərvişləri” adlı təriqət üzvləri ilə təhlükəsizlik orqanları arasında yaşanan qarşıdurma zamanı 5 polis öldürülüb, daha 30 təhlükəsizlik əməkdaşı yaralanıb.














