YAP-ın ideoloji xəttində milli maraqlar daim üstün tutulur- ÖZƏL

"Şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas istiqamətlərindən biri dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsidir". "Olaylar" xəbər verir ki, bunu YAP  Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Partiyanın ideoloji xəttində milli maraqlar daim üstün tutulur. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə davam etdirilir. Xüsusilə son illərdə ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi və sosial islahatlar modeli qlobal arenada təqdir edilir.

Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycanı qalib ölkəyə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni reallıqlara uyğun olaraq qarşıdakı hədəflərə nail olmaq üçün böyük potensiala malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31