Daha bir dələduz ələ keçib
Mingəçevirdə dələduzluq yolu ilə insanları aldadaraq, onların külli miqdarda pulunu mənimsəyən şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.
20 Fevral 2018 13:23 KriminalMingəçevirdə dələduzluq yolu ilə insanları aldadaraq, onların külli miqdarda pulunu mənimsəyən şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib. DİN Mətbuat Xidmətindən verilən məılumata görə, Mingəçevir şəhər sakini Elvin Hüseynov ötən ilin dekabr ayında Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək, həmyerlisi Rəşid İlyasovun dələduzluq yolu ilə onun 1730 manatını mənimsədiyini bildirib. Şikayətçi ərizəsində pulu ondan işə düzəlmək üçün alındığını qeyd edib. Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı dələduzluq etməkdə şübhəli bilinən Rəşid İlyasov saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı o törətdiyi dələduzluq əməlini etiraf edib.Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.