Şuşalı idmançı Avropa çempionu olub-Özəl
16:21 İdmanŞuşalı idmançı Məhəmməd Musayev cüdo idman növü üzrə ikinci dəfə gənclər arasında Avropa çempionu olub. YAP Şuşa rayon təşkilatından "Olaylar"a bildirilib ki, Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında cüdo idman növü üzrə Avropa çempionatında Azərbaycan millisinin heyətində -66 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Bu nəticə ilə Məhəmməd Musayev gənclər arasında ikinci dəfə Avropa çempionu olub. Məhəmməd Musayev daha əvvəl gənclər və yeniyetmələr arasında da Avropa çempionluğu qazanıb. Beləliklə, gənc idmançımız cüdo idman növü üzrə Avropa çempionatlarında ümumilikdə 3 qızıl medal qazanaraq möhtəşəm nəticəyə imza atıb.
Məhəmməd Musayevi, onun məşqçilərini və ailəsini bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, gənc idmançımıza qarşıdakı yarışlarda yeni zəfərlər arzulayırıq!