Gündəm

Nazir müşaviri işdən çıxarıldı

20 Fevral 2018 12:50

Maliyyə Nazirliyində kadr dəyişikliyi baş verib. Nazirin müşaviri Rövşən Kərimov işdən çıxıb. Onu Elçin Qəhrəmanov əvəz edib.

Milli Məclis borcların silinməsi məsələsini gündəmə çıxarır

20 Fevral 2018 12:48

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. “Olaylar”ın məlumatına görə, bu haqda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə iclasında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Tolik Elnarənin ərinə zəng elədi: "Çomağı al əlinə, gör neyniyir"

20 Fevral 2018 12:46

Bir müddət öncə tac üstündə qalmaqal yaşayan prodüser Toliklə müğənni Elnarə Xəlilova barışıb. Lent.az-ın məlumatına görə, ifaçı bu gün prodüserin aparıcılıq etdiyi “Hər şey daxil” verilişində qonaq olub.

Bakıda İNANILMAZ HADİSƏ: Prokuror oğlu evi kirayə götürdü, sonra isə... - FOTOLAR

20 Fevral 2018 12:44

Bakı sakini Mehriban Rəhmənova evini kirayə verdiyi şəxs tərəfindən aldadılıb.Mehriban xanım deyib ki, kirayənişini evdəki bütün əşyalarını satıb. Özünü vəzifəli şəxsin qohumu kimi təqdim edən Yalçın adlı şəxsə güvənib evini kirayə verən M.Rəhmənovanın sözlərinə görə, o, evdəki bütün əşyaları satıb, boş evdə bomj kimi yaşayıb: “İnternet saytlarına mənzilimi kirayə verməyimlə bağlı elan yerləşdirdim. 2017-ci il 23 dekabr tarixində mənzilimi 1979-cu il təvəllüdlü Yalçın Rəşid oğlu Həsənova kirayəyə verdim. O, özünü keçmişdə Ali Məhkəmə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində çalışan Südabə Həsənovanın qardaşı oğlu kimi təqdim etdi. Bununla da mənim etimadımı qazandı.

Bu nazirliklərin adı da dəyişəcək - Akademik

20 Fevral 2018 12:41

Orfoqrafiya lüğətində bəzi qaydaların dəyişdirilməsi büdcədən ciddi vəsaitlərin ayrılmasına səbəb ola bilər. Bu sözləri Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib. Onun sözlərinə görə, Azərbaycan dili iltisaqi cəhətdən güclü dildir: “Ona görə də region dillərinin Azərbaycan dilinə təsiri olmur. Fars dilinin bizim dilimizə təsiri güclü olub.

Nəzarətsiz antibiotik qəbul etmək çox təhlükəlidir

20 Fevral 2018 12:39

“2016-cı illə müqayisədə 2017-ci ildə dərman vasitələrindən zəhərlənmələrin sayı azalıb. 2016-cı ildə 732 nəfər dərmandan zəhərlənmişdisə, 2017-ci ildə bu rəqəm 714 olub”.

Ombudsmanla bağlı dəyişikliklik Milli Məclisin iclasına tövsiyə olundu

20 Fevral 2018 12:36

Milli Məclis “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanuna dəyişiklik edəcək.“Olaylar”ın məlumatına görə, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik edilməsi məsələsinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 20-də keçiriləcək iclasında baxılacaq.

Nazir müavini borcların silinməsindən danışdı

20 Fevral 2018 12:34

“Bu qanun layihəsi sahibkarlığın inkişafı üçün nəzərdə tutulub. Bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir. 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9.4 dəfə artıb. Amma məcburi ödənilməyən borclar da var. Bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 milyondan çoxdur”.

Bakı – Tbilisi aviareysi ləğv edilib

20 Fevral 2018 12:29

Qatı duman səbəbindən Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problemlər yaranıb. Aeroport bir neçə aviareysin qəbulunu ləğv edib. Gecə saatlarında ləğv olunmuş aviareyslər arasında Bakı-Tbilisi və Tehran-Tbilisi aviareysləri də olub. Moskva-Tbilisi reysini həyata keçirən təyyarə isə Kutaisi beynəlxalq hava limanına enib. Hazırda aeroportun fəaliyyəti tam bərpa olunmaq üzrədir. 

"Zeytun budağı"nda 75 yaşayış məntəqəsi terrorçulardan azad edilib

20 Fevral 2018 12:28

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində ümumilikdə 75 yaşayış məntəqəsini azad edib. Bu gün səhər saatlarında daha 5 yaşayış məntəqəsi PYD və YPG terrorçularından azad edilib.

"Qızım ərə gedəndən nə evində olmuşam, nə də zəng vurmuşam" - Könül

20 Fevral 2018 12:27

Ötən ilin noyabrında qızı Ləmanı Ağcabədiyə ərə verən Könül Kərimova "Xəzər Maqazin”ə maraqlı açıqlamalar verib.  Müğənni qızı üçün narahatlıq keçirmədiyini və toydan sonra ona zəng vurmadığını deyib:  "Qızım ərə gedəndən hələ onlara gedib-gəlməmişəm. Səmimi etiraf edim. Yersiz narahat olan adam deyiləm. Hər şeyə görə özümü narahat, səbirsiz hiss edim – bu, məndə belə deyil. Qız köçürən analar var ki, qızı evdən köçən kimi arxasınca zəng-filan vurur. Mən heç zəng də eləmirəm. Bilirəm ki, yaxşıdır”. 

Keçmiş məhkumdan “AKM” markalı avtomat götürülüb

20 Fevral 2018 12:25

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. “Olaylar” xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə rayon ərazisində Elşən adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub.

Azərbaycandan İrana keçmək istəyən 6 miqrant saxlanıldı

20 Fevral 2018 12:23

2 halda Orta Asiya ölkələrinin vətəndaşları olan 6 nəfər qanunsuz miqrantın Azərbaycanın dövlət sərhədini pozmaqla İran ərazisinə keçmək cəhdinin, 1 halda külli miqdarda alkoqol məhsullarının dəniz vasitəsilə ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.

“Kitabi Dədə Qorqud” dastanının Vatikan nüsxəsi nəşrə hazırlanıb

20 Fevral 2018 12:21

Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi “Kitabi Dədə Qorqud” dastanının Vatikan nüsxəsi “XAN” nəşriyyatının “Milli ədəbiyyat” silsiləsində çap olunacaq. Olaylar.az bildirir ki, dastanın Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir.

Qaliblərdən möhtəşəm konsert

20 Fevral 2018 12:17

Heydər Əliyev Sarayında 2005-2017–ci illər Muğam Televiziya müsabiqəsi qaliblərinin konserti olub. Saraydan Olaylar.az – a bildirilib ki, konsertdə Muğam Televiziya müsabiqələrinin qalib və laureatları Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Xətai Hacıyev, Zümrüd Məmmədova, Ramiq Bayramov, Gülnar Qüdrətli, Babək Quliyev, Nisbət Sədrayeva, Məhəbbət Səfərov, Sədəf Budaqova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı, Səma Sultanova, Valid Abdullayev və Nurlan Namazov iştirak ediblər.