Gündəm

30 min insanın müavinəti artırılıb

20 Fevral 2018 12:09

“Prezident İlham Əliyev şəhid ailələri, müharibə və 20 yanvar əlillərinin müavinətini artırılması ilə bağlı çox mühüm bir sərəncam imzalayıb. Sərəncamla həmin şəxslərə verilən müavinətlərin aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb”. Bunu Milli Məclisin Əmək və sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə keçirilən iclasında çıxış edən komitə sədri Hadi Rəcəbli deyib.

Aquero diskvalifikasiya ediləcək - Azarkeşi vurduğuna görə

20 Fevral 2018 12:08

"Mançester Siti"nin hücumçusu Serxio Aquero cəzalandırılacaq. Buna səbəb argentinalı futbolçunun azarkeşi vurmasıdı.Hadisə İngiltərə kubokunun 1/8 final mərhələsinin "Uiqan"la oyunundan sonra baş verib. "Şəhərlilər"in 0:1 hesabı ilə uduzduqları matç  bitdikdən sonra ev sahiblərinin azarkeşləri qələbəni bayram etmək üçün meydana axışıblar. Bu zaman fanatlardan biri Aquero ilə toqquşub. Nəticədə argentinalı forvard azarkeşin üzünə zərbə endirib. Həmin an videonun yaddaşına düşüb.

SPA mərkəzində yanğın baş verdi, qadınlar lüt halda çölə qaçdılar - VİDEO 

20 Fevral 2018 12:06

Çində Spa mərkəzində yanğın baş verib. Yanğın baş verdiyini görən qadınlar əyinlərinə paltar geyinməyə fürsət tapmayıblar. Onlar çılpaq halda binanı tərk ediblər. Həmin anlar kameralara düşüb.

180 milyonluq müqavilə rəsmiləşdi - Şok müqavilə

20 Fevral 2018 12:03

PSJ-nin "Strasburq"u 5:2 hesabı ilə yendiyi matçdan sonra Kilian Mappenin müqaviləsi ilə bağlı ilginc detal üzə çıxıb. Həmin detala əsasən Paris klubunun "Monako"ya 180 milyon avro ödəməsi rəsmiləşib. Belə ki, PSJ UEFA-nın "Maliyyə Fair-Play" qaydalarında ilişməmək üçün "Monako" ilə futbol tarixində görünməmiş müqavilə imzalayıb. Həmin müqavilədəki bir bəndə əsasən Paris təmsilçisi növbəti mövsümdə də Liqa 1-də çıxış edəcəyi halda Mbappe üçün knyazlıq klubuna 180 milyon ödəməlidi.

Ermənistanda yaşayış binasında güclü partlayış olub

20 Fevral 2018 11:57

Ermənistanın paytaxtı Yerevanda yaşayış binasında güclü partlayış olub. Hadisə səhər saatlarında Gürcü küçəsi, bina 10-da qeydə alınıb. Əraziyə iki yanğınsöndürmə briqadası göndərilib. 

DİQQƏT: Bakıda böyük təhlükə!

20 Fevral 2018 11:56

Bayıl yamacındakı sürüşmədə aktivlik davam etməkdədir. Hazırda qeyd olunan ərazidə vəziyyət gərgin olaraq qalır. Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov  bildirib ki, sürüşmə aşağıdan başlayaraq tədricən yuxarıya doğru hərəkət edir: “Bakı şəhərinin Bayıl yamacları həmişə aktiv sürüşmə sahəsi olub və bundan sonra da olacaq.

Savadsız fransızlar oranı işğal edib - Depardye

20 Fevral 2018 11:53

69 yaşlı fransız aktyoru Jerar Depardye Əlcəzair vətəndaşlığını almağa qərar verib. "Le Parisien" qəzetinə müsahibə verən Depardye Əlcəzairin nə vaxtsa savadsız fransızlar tərəfindən işğal edildiyini bildirib. “Mən tezliklə Əlcəzairdə yaşayacam. Mən oranı seçdim, çünki möhtəşəm ölkədir”, - aktyor bildirib.

Rusiyaya qarşı çıxmayacağıq - Liviya Loy

20 Fevral 2018 11:52

İsveçrə Rusiyaya qarşı AB-nin sanksiyalarına qoşulmaq niyyətində deyil. Bunu İsveçrə Hökumətinin Ticarət müqavilələri üzrə səlahiyyətli üzvü Liviya Loy deyib.

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

20 Fevral 2018 11:49

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevral 21-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Birinci sinfə qəbulla bağlı təlim keçirilib

20 Fevral 2018 11:48

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair təlim keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, təlimdə Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi və Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşları və həmin regionlarda fəaliyyət göstərəcək Alternativ Qeydiyyat Mərkəzlərinə təhkim olunmuş məsul şəxslər iştirak ediblər.

ABŞ-ın Yaxın Şərq planlarının gerçək üzü-8 gizli maddə

20 Fevral 2018 11:47

“Yaxın və Orta Şərq daima ABŞ-ın xarici strategiyasında vacib prioritetlərdən biri olub. Ancaq aşağıda sadalayacağım halların heç biri reallaşmayıb və heç zaman da reallaşmayacaq”. “OLAYLAR” xəbər verir ki, belə bir açqlama ilə Çağdaş Strateji Araşdırma Mərkəzinin rəhbəri Seymur Süleymanov çıxış edib: “Amerika Suriya olmaq üzərə Yaxın Şərqə nə üçün gəldi? Bölgədə başlayacaq məzhəb savaşını dayandırmağa? İrana demokratiyanı gətirməyə? Suriyaya demokratiya gətirməyə? Qardaş Türkiyəyə yönəlik terror təhdidlərinin qarşısını almağa? Bölgədəki İŞİD,Əl-Qaidə, Əl-Nusranı məhv etməyə?”.

SOCAR Anlaşma Memorandumu imzaladı

20 Fevral 2018 11:45

SOCAR-AQŞ BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderin qalibi olub və Banqladeş ərazisində 2 kəşfiyyat və 1 qiymətləndirmə quyusu qazacaq. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, Banqladeş Hökumətinin Qanunvericilik və Parlament Məsələləri Bölməsinin Baş katibi cənab Muhəmməd Şahidul Haq və Enerji və Mineral Ehtiyatlar Bölməsinin Katibi cənab Nazimuddinin Choudurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində SOCAR AQŞ şirkətinin baş direktoru Ramin İsayevlə görüşüblər. Görüşdə SOCAR AQŞ və Bangladeş Neft Kəşfiyyatı və Hasilatı Şirkəti (BAPEX) arasında Banqladeş Xalq Respublikasının yeni neft-qaz layihələrində birgə iştirak üzrə Anlaşma Memorandumu imzalanmışdır.

Sumqayıtda qadını zorlayıb öldürən manyaka AĞIR CƏZA TƏLƏBİ

20 Fevral 2018 11:44

Sumqayıt şəhərində qadını öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror Fəttah Nuriyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Daha sonra Fəttah Nuriyev tərəfindən öldürülən Sevda Bayramovanın hüquqi varisi çıxış edib. O, Fəttah Nuriyevin ömürlük azadlıqdam məhrum edilməsini tələb edib. Məhkəmə Fəttah Nuriyevə son sözlə çıxış etmək üçün söz verib. Lakin o, çıxışa hazır olmadığını deyib. Bu səbəbdən məhkəmə ona çıxışa hazırlaşmaq üçün vaxt verib.

Mobil cihazlar üçün yeni kəşf

20 Fevral 2018 11:44

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun mühəndisləri tərəfindən atmosferdən elektrik enerjisi alan qurğu hazırlanıb. Yeni qurğu hava temperaturunun gündəlik dəyişkənliyinə əsasən fəaliyyət göstərir. Qurğu grafen təbəqə ilə örtülmüş və xüsusi mumla doldurulmuş mis və nikeldən ibarət metal köpükdən hazırlanıb. Cihazın bir tərəfi istilik yayır, digər tərəfi isə istiliyi özündə saxlayır. Belə temperatur dəyişkənliyi elektrik enerjisi istehsal etməyə imkan verir.