Gündəm
Məşhur aktyor arıqlama sirrini açıqladı – 4 aya 15 kilo itirdi
Türkiyənin məşhur şoumeni Şahan Gökbakar arıqlama sirrini açıqlayıb. Olaylar.az bildirir ki, paytaxt Ankarada yeni filminin - “Kayahan” təqdimatına qatılan aktyor bu haqda məlumat verib.
Ələt-Astara-İran dövlət sərhədi avtomobil yoluna çıxış asanlaşacaq
Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, Zəhmətabad, Bəydili, Xırmandalı və Əliabad kəndlərindən keçən avtomobil yolu Prezident İlham Əliyevin müvafiq göstəriş və sərəncamlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yenidən qurulur. Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır. Sözügedən yolun uzunluğu 15.4 km təşkil edir və III - IV texniki dərəcəyə uyğun olaraq çəkilir.
“Samur” çayının hidroenergetik resurslarının kompleks şəkildə öyrənilməsi nəzərdən keçirilib
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə bu ölkəyə səfər edib. “OLAYLAR –a nazirliyin mətbuat xidmətindən bildirilib ki, iki ölkənin energetika nazirlərinin görüşündə enerji sektorunda əhəmiyyət daşıyan bir sıra aktual mövzular, qlobal enerji bazarında müşahidə edilən yeni proseslər və regional əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair məsələlər müzakirə edilib.
Dərmanlar bu şəkildə qəbul edilərsə... - Həkimdən XƏBƏRDARLIQ
“Dərmanın əlavə təsiri və doza həddinin aşılması insanlar tərəfindən keyfiyyətsiz kimi qəbul edilir”. Bu sözləri Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza şöbəsinin müdiri Ulduz Eyvazova dərman vasitələrinin keyfiyyəti ilə bağlı narazılıqlara aydınlıq gətirərkən deyib.
6 aylıq uşağın ayaqları kəsildi - Cəllad valideynlər şoka saldılar
Toni Smit doğulandan cəmi 41 gün sonra şikəst olmuşdu. Onun əl və ayaqlarında 8 qırıq travması, habelə septimesiya aşkarlanmışdı. Uşaq 6 aylıq olanda isə həkimlər onun həyatını xilas etmək üçün Toninin ayaqlarını amputasiya etmək məcburiyyətində qaldılar.
"İlhamənin qızıllarının saxlanıldığı otağın açarı məndə" - Əli Mirəliyevdən ŞOK AÇIQLAMA - VİDEO
Bu gün "Səhər-Səhər" verilişində Əli Mirəliyev yenidən mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı maraqlı açıqlamaları ilə diqqət çəkib. O, İlhamə Quliyevanın ölümündən öncə anasının tez-tez gözünə göründüyünü deyib.
"Yeganə müğənniyəm, İlhamə xanımın sağlığında tac taxmışam"
Müğənni Elnarə Xəlilova özünü "üçtaclı primadonna" adlandırıb. "ATV Maqazin onlarla" verilişinə danışan ifaçı şou-biznesdə tac mübahisəsinə son qoymaq istədiyini deyib: "Üç taclı primadonna... Bundan sonra məni belə təqdim edin.
Dövlət məndən daha çox vergi almalıdır - Bill Qeyts
ABŞ prezidenti Donald Trampın 1.5 trilyon dollarlıq vergi endirimi qanununu araşdıran "Microsoft"un qurucusu, hökumətin onun kimi şirkət sahiblərindən daha çox vergi almalı olduğunu söyləyib.
Putindən Ərdoğana TƏMİNAT - Danışıqların detalları ortaya çıxdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında dünən baş tutan telefon tanışıqlarının yeni detalları ortaya çıxıb. Rusiya lideri Ərdoğana Afrin mövzusunda təminat verib. Xəbərə görə, Ərdoğan Suriya ordusunun Afrinə girəcəyi halda, bunun ağır nəticələrinin olacağını bildirməsindən sonra, Putin “belə bir şey olmayacaq” şəklində cavab verib.
Bəy öz toyuna gedə bilmədi - 60 minə görə
Rusiyanın Krasnoyarsk şəhərinin sakini Özbəkistana öz toyuna gedə bilməyib. Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Məhkəmə qərarına əsasən, 60 min rubl məbləğində cərimə ödəməli olan gənc oğlana ölkədən çıxma qadağası qoyulub.
Məşhur aktrisa kinodan gedir - Sərt tənqid olundu - VİDEO
Populyar amerikalı aktrisa, "The Hunger Games"in ulduzu Cennifer Lourens karyerasına fasilə verəcəyini bəyan edib. 27 yaşlı aktrisa bundan sonra bütün diqqətini sosial layihələrə yönəldəcəyini deyib.
Politoloq: "Yerli əhalinin ermənilərlə heç bir əlaqəsi olmayıb"
“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının bu günlərdə keçirdiyi qurultayında "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır" sözləri hər bir azərbaycanlının bilməsi vacib olduğu tarixi gerçəkliklərdəndir. Prezidentin İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması”nın vacibliyini bildirməsi hər bir azərbaycanlını planetin harasında yaşamasından asılı olmayaraq bu istiqamətdə kordinasiyalaşmış şəkildə fəaliyyət göstərməsini zəruri edir”. Bunu politoloq Zaur Məmmədov deyib.
Ziya Bünyadovun qatili SENSASİYALI FAKTLARI AÇIQLADI - Həbsxanada ŞOK MÜSAHİBƏ - II
Səfirimiz Ermənistanın işğalçılıq siyasətindən danışıb
Ermənistanın paytaxtı İrəvan şəhəri Azərbaycanın tarixi ərazisidir və Prezident İlham Əliyev bu həqiqəti bir daha bəyan edib. Bu fikri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Ukraynanın “Front News International” portalına müsahibəsində Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirdiyi fikirlərə dair jurnalistin sualını cavablandırarkən söyləyib.
Daha bir ölkə atom texnologiyasına sahib olacaq - Şərqdə yeni təhlükə ocağı
Səudiyyə Ərəbistanı atom texnologiyasını öyrənmək məqsədilə nüvə stansiyaları inşa edəcək. Bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil ibn Əhməd Əl-Cübeyr deyib. Nazir bildirib ki, bu mövzuda 10 ölkə ilə danışıqlar aparılır. “ABŞ-ın nüvə yanacaq istehsalı mövzusunda digər ölkələrin sahib olduğu haqların eynisini bizə də tanımasını istəyirik. Neft potensialımızı qorumaq üçün nüvə sistemimizi qurmaqlıyıq”,- Əl-Cübeyr qeyd edib.














