Ələt-Astara-İran dövlət sərhədi avtomobil yoluna çıxış asanlaşacaq

Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, Zəhmətabad, Bəydili, Xırmandalı və Əliabad kəndlərindən keçən avtomobil yolu Prezident İlham Əliyevin müvafiq göstəriş və sərəncamlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yenidən qurulur. Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır. Sözügedən yolun uzunluğu 15.4 km təşkil edir və III - IV texniki dərəcəyə uyğun olaraq çəkilir.

Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, Zəhmətabad, Bəydili, Xırmandalı və Əliabad kəndlərindən keçən avtomobil yolu Prezident İlham Əliyevin müvafiq göstəriş və sərəncamlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yenidən qurulur. Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır. Sözügedən yolun uzunluğu 15.4 km təşkil edir və III - IV texniki dərəcəyə uyğun olaraq çəkilir.

Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə bərpa olunmayan yolun 7 km-lik hissəsində yolun hərəkət hissəsində dağılmalar və deformasiyalar yaranmışdı. Yolun qalan 8 km-lik hissəsi isə ümumiyyətlə torpaq və çınqıl örtüklü idi. Bu üzdən yol sarıdan əziyyət çəkən 4 yaşayış məntəqəsinin 20 mindən çox əhalisi bəzən 10-15 dəqiqəlik məsafəni uzun müddətə qət etmək məcburiyyətində idilər. Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu vasitəsilə əhali nəinki rayon mərkəzinə, həmçinin Ələt-Astara-İran İslam respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, respublikanın bütün istiqaətlərinə yük və sərnişin daşıması asanlaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31