Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətlər əldə edib- ÖZƏL

"1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi həmin dövrün mürəkkəb ictimai-siyasi şəraitində ölkədə yaranmış vəziyyət və qarşıda duran mühüm vəzifələrlə əlaqədar tarixi zərurətdən irəli gəlirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov deyib: "YAP Azərbaycanın parlaq gələcəyinin formalaşmasında mütərəqqi rol oynayıb. Partiya uğurlu fəaliyyəti ilə ölkəmizdə ictimai-siyasi sabitliyin, milli həmrəyliyin və əmin-amanlığın bərqərar edilməsinə böyük töhfələr verib. 2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayından ötən müddət ərzində partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələrin icrası istiqamətində mühüm işlər görülüb.

Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin ölkənin davamlı inkişafına töhfələr verib. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi naliyyətlər əldə edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31